İşə Qəbul üzrə Mütəxəssis vakansiyası

Vəzifənin adı : İşə Qəbul üzrə Mütəxəssis

Namizədə dair tələblər:

– Ali təhsilli;
– Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
– Azərbaycan, İngilis və ya Rus dilini səlis bilmək (yazılı və şifahi)
– Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməsi tələb olunur;
– Güclü təşkilati bacarıqlar;
– Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
– Vəzifələrin icrası üçün çalışqan olmaq;
– Komanda daxilində işləmək istəyi və bacarığı;
– Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
– Təşkilatın missiyasına sadiqlik;
– Yaş : 25-35;

İş barədə məlumat:

– Mövcud vakansiyaları təhlil etmək, elanları hazırlamaq və yerləşdirmək;
– Vakansiyalar üzrə namizədlərin axtarışı;
– Gündəlik müsahibə cədvəlinin aparılması;
– Namizədlər üçün imtahanların və test yoxlanışlarının təşkili;
– İşəqəbul layihələrinin təşkilində yaxından iştirak etmək;
– Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;

İş qrafiki : 5 gün (09:00-18:00)

İş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – [email protected] emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Müraciət üçün son tarix: 04.10.2020

Bir cavab yazın

Back to top button