İşə qəbul üzrə mütəxəssis vakansiyası

Balli Bisi

Vəzifə: İşə qəbul üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:
-Yeni yaranan vakansiyaların təhlil edilməsi
-Vakansiya elanlarının hazırlanıb, müvafiq platformalarda paylaşılması
-Daxil olan CV-lərin təhlili, uyğun namizədlərlə müsahibələrin təşkil edilməsi və müsahibələrin keçirilməsi
-Namizədlər və vakansiyalar haqqında müvafiq məlumatların bazaya daxil edilməsi
-İşə qəbul statistikası və mövcud vakansiyalar haqqında həftəlik hesabatların təqdim edilməsi
-Vakansiyaların bitmə tarixinə uyğun olaraq bağlanılmasına riayət edilməsi

Tələblər:
-Ali təhsil
-Müvafiq vəzifədə 1 il iş təcrübəsi
-Stressə davamlılıq
-Punktuallıq
-Yüksək ünsiyyət bacarığı
-İşə qəbul prosesi haqqında biliklərə sahib olmaq
-AR Əmək Məcəlləsi və mövcud əmək qanunvericiliyi bilikləri

Maraqlanan və göstərilən tələblərə uyğun olan namizədlər [email protected] mail ünvanına subject (mövzu) hissəsinə “İşə qəbul üzrə mütəxəssis” yazaraq CV göndərə bilərlər.

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir