Cümə axşamı, 4 Sentyabr, 2025

İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin mütəxəssisi vakansiyası


  • Dərc edildi: 1 İyul, 2021 - 12:40
İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin mütəxəssisi vakansiyası

Vakansiya haqqında məlumat: Struktur bölmə: İnsan resursları və korporativ kommunikasiya departamenti, İşə qəbul və insan resursları əməliyyatları Vəzifə:İşə qəbul və insan resursları əməliyyatları şöbəsinin mütəxəssisi Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq Tələb olunan işçi sayı: 1 (bir) İş saatları (iş rejimi): 09:00 – 18:00 Son müraciət tarixi:08 iyul 2021 Vəzifə Öhdəlikləri: • Əmək müqavilələrinin bağlanılması, ləğv edilməsi və başqa işə keçirmə proseslərini icra etmək; • İşçilərin şəxsi işlərini tərtib etmək, onların əmək fəaliyyəti zamanı baş verən dəyişiklikləri hazırlamaq; • Vəzifə təlimatlarının hazırlanması üzrə birbaşa rəhbərin tapşırıqlarını icra etmək və vəzifə təlimatlarının iş analizinə əsasən tərtibi və zərurət yarandıqda yenilənməsini təmin etmək; • İnsan resurslarının idarə edilməsi sahəsində korporativ sənədlərin və digər müvafiq qaydaların hazırlanmasında və tətbiqində iştirak etmək, aidiyyəti üzrə təqdim etmək; • İntizam tənbeh tədbirlərinin icra edilməsi ilə əlaqədar rəsmiləşdirmə işlərini yerinə yetirmək və arxivləşdirmək; • Əmək kitabçalarını saxlamaq, doldurmaq və sənələşmə işlərini aparmaq; • İşçilərin məlumat bazasını qurmaq, bu məlumat bazası üzrə müvafiq hesabatları tərtib edərək tələb olunan yerə vaxtında təqdim etmək; • Kadrlar üzrə müvafiq hesabat formalarını tərtib etmək və tələb olunan yerə vaxtında təqdim etmək; • Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək; • Əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların tətbiqi ilə bağlı zəruri tədbirlərin görülməsi haqqında rəhbərə uyğun təkliflər vermək; • Əmək haqqı hesablanılması prosesində iştirak etmək: • Mükafat modellərinin hesablanmasında iştirak etmək Namizədə olan tələblər: İş təcrübəsi: İnsan resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur. Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi. Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta. Üstünlüklər: İnsan Resursları üzrə beynəlxalq sertifikat. Kompüter bilikləri: MS Excel:orta, MS Outlook:orta, MS Word:orta, MS Office:orta, MS PowerPoint: orta Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, Komanda işi və Əməkdaşlıq, Biznes tərəfdaşlığı, Inam Yaratma, Geniş Perspektiv, Keyfiyyət yönümlülük, Dinamikanı anlamaq İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası Digər məlumatlar: Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61 Əlaqə vasitələri:www.pasha-life.az(+994 12) 942 Vakansiya üçün müraciət qaydası: Namizədlərhttps://pasha-life.az/about?lang=az#careerkeçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər. *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1102
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 253
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8099
Sumqayıt Dövlət Univ...