İşə Qəbul və Seçim (beynəlxalq təcrübə)

Wowoman:HR Academy növbəti təlimə start verir. Təlimlər Şamo Mürşüdovun təqdimatında “İşə Qəbul və Seçim, (beynəlxalq təcrübə)” mövzusunda (16 saat) keçiriləcək.

Təlimlərdə öyrənəcəksiniz:

1. Şirkət daxili insan amilinin təhlili "uğurlu əməkdaşın profili"
2. Şirkət daxili korporativ mədəniyyət
3. Namizədlərin axtarışı və seçimi təşkilatda bir biznes prosesidir
4. Axtarış kanallarının formalaşdırılması, axtarış prosesinin təşkili
5. Vakansiya üzrə düzgün profilin hazırlanması, beynəlxalq təcrübədə istifadə edilən profillər
6. Aktual vakansiya üçün namizədlərin operativ axtarışının həyata keçirilməsi yolları (long list)
7. İş elanlarının hazırlanması (beynəlxalq təcrübədə istifadə edilən iş elanları)
8. Sosial strateji rekrutinq (gündəlik-həftəlik- aylıq-illik)
9. Müsahibəyə qədər seçim
10. Employer Branding
11. Express-assessment
12. Yerli şirkətlərdə istifadə edilən müsahibə növlərinin praktiki olaraq təhlili ( müsbət və mənfi
tərəfləri)
13. Vakansiyaların tələblərindən asılı olaraq testlərin hazırlanması (müsbət və mənfi tərəfləri)
14. Müsahibənin strukturu
15. Müsahibə zamanı vakansiyanın satışını həyata keçirmə texnologiyaları
16. Müsahibə zamanı veriləcək sualların düzgün quruluşu
17. Veriləcək suallardan asılı olaraq, namizədin qiymətləndirilməsi (buraxılan səhvlərin təhlili)
18. Müsahibə zamanı edilən səhvlər və təhlili
19. Profildən asılı olaraq tələb olunanlar

Təlim: İşə Qəbul və Seçim (beynəlxalq təcrübə)
Təlimçi: Şamo Mürşüdov
Təlimin başlanma və bitmə tarixi: 6 noyabr – 30 noyabr 2017
Təlimin müddəti: 1 saat (həftədə 3 gün /1-3-5-ci günlər)
Ünvan: Dəmirçi plaza , Barama İnnovasiya mərkəzi /18-ci mərtəbə
Son müraciət tarixi: 3.11.2017
Təlim ödənişsizdir

Təlimdə iştirak etmək üçün aşağıdaki linki istifadə edərək qeydiyyatdan keçmək zəruridir:
https://goo.gl/sFjMf8
Hər hansı sual yarandığında [email protected] email ünvanına yönləndirə bilərsiz.

Bir cavab yazın

Back to top button
Close