İşəqəbul üzrə kiçik mütəxəssis/köməkçi/təcrübəçi vakansiyası

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vakansiyanın adı: İşəqəbul üzrə kiçik mütəxəssis/köməkçi/təcrübəçi

Vəzifə öhdəlikləri:

– Açıq vakansiyaların təhlili, elanların yerləşdirilməsi;
– Vakansiyalar üzrə namizədlərin axtarışına dəstək;
– Gündəlik müsahibələrin təşkili;
– İşəqəbul prosesinin təşkili, həyata keçirilməsi və məlumat bazasının hazırlanması;
– Namizədlərin sənədləşmə və işəqəbulda kargüzarlıq prosesinin icrası;
– Kadrlara olan tələbatın təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
– İnsan Resursları üzrə mütəxəssislə əlaqəli işləmək və onun tapşırıqlarını icra etmək;
– İnsan Resursları komandasına əlavə işlərdə həvəslə dəstək olmaq.

Tələblər:

– Yüksək həvəs
– Yaş: 20-30
– Ali təhsilli (təcrübəçi üçün tələblər – yeni məzun, bakalavr sonuncu kurs və ya magistr tələbəsi)
– Azərbaycan dilini əla bilməli, Rus və İngilis dili arzuolunandır;
– Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
– Ünsiyyət qurma bacarığı;
– Problemləri həll etmə bacarığı;
– Asanlıqla mühitə adaptasiya ola bilən;
– Detallara xüsusi diqqətlilik;
– Stresə davamlı;
– Full time (bütün gün çalışma imkanı olmalı)

İş şəraiti:

– iş qrafiki: 5 gün 09:00–18:00
– AR ƏM əsasən işə qəbul
– iş yeri: baş ofis
– əmək haqqı: müsahibə əsasında və müraciət etdiyiniz vəzifə əsasında təyin olunur
– təcrübəçilərin nahar və yol xərcləri qarşılanır

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “İşəqəbul üzrə kiçik mütəxəssis” və ya köməkçi/təcrübəçi qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button