15 Aprel 18:16

“İşgüzar etiket” seminarına qeydiyyat açıq elan edilir!

#ŞəxsənİnkişafEt proqramı çərçivəsində “İşgüzar etiket” seminarına qeydiyyat açıq elan edilir!😊 Proqram AYAFE Gənclər təşkilatı tərəfindən gənclərin şəxsi inkişafına dəstək olmaq məqsədilə həyata keçirilir; proqram çərçivəsində davamlı olaraq müxtəlif formatlarda (onlayn və oflayn) tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.😉

“İşgüzar etiket” seminarı AYAFE Gənclər Təşkilatının təşkilatçılığı, İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi – nin tərəfdaşlığı və Edumap.az təhsil portalının media dəstəyi ilə baş tutacaq.

Seminarın əsas məqsədi İşgüzar etiket qaydalarının yerində və düzgün istifadə edilməsi ilə bağlı problemləri olan gənclərə bu problemlərin aradan qaldırılması yollarının öyrədilməsidir. Seminarda İşgüzar mühitdə işçi-rəhbər münasibətləri, protokol qaydaları, telefon etiketi, elektron məktub etiketi, sosial şəbəkələrdəki etiket qaydaları və.s məsələlər haqqında məlumat veriləcəkdir.😎

#Spiker – Nərmin Əhmədova
Təlimçi hal-hazırda 5 saylı Bakı ASAN Xidmət mərkəzinin Vətəndaşların Qəbulu İşinin Təşkili Sektorunun Böyük Məsləhətçisi kimi çalışır və mərkəzdə daxili təlimçi kimi də fəaliyyət göstərir. Spikerimiz Asan təlim-tədris mərkəzində 100-dən çox təlim keçmişdir. Bundan əlavə spikerimiz Çin Xalq Respublikasının Pekin şəhərində Ticarət Nazirliyinin təşkil etdiyi “Xidmət Ticarəti” və Lüksemburqun Differdanj şəhərində təşkil olunmuş “Mədəniyyətlər mübadiləsi” konfransında iştirak etmişdir.

#Qeydiyyat üçün: https://forms.gle/24ug6Zx1PcdFairW7

⚠İştirakçı sayı limitlidir: 22 nəfər. Seçim qeydiyyat forumunda verilən suallar əsasında aparılacaq.
📄Bütün iştirakçılar sertifikatla təltif ediləcəklər.
🚫Son müraciət tarixi: 17.04.2019, saat 21:00

📆Təlimin keçirilmə tarixi: 20.04.2019, Saat: 11:00-13:00
📍Məkan: Azərbaycan Dövlət İqtisad Universiteti – əsas korpus
Ünvan: İstiqlaliyyət küçəsi 6
Auditoriya: 305

Bəyən və paylaş

Rəylər

rəy(lər)