29 Mart 08:10

“İşığı izləyərək” adlı sərgi

Əziz dostlar! “Natavan” qalereyası Sizləri 30 mart saat 19.00da keçiriləcək “İşığı izləyərək” adlı sərgiyə dəvət edir. Sərgidə fotoqraf Mark Rafaelovun əl işləri ilə tanış olacaqsınız.
O, bu layihə üzərində işlədiyi müddət ərzində keçirdiyi hissləri Sizlər ilə bölüşür:
“İlk smartfonlar meydana çıxanda mən çox təəccübləndim. Akademiyada öyrədilən hər şey birdən lazımsız, artıq və mənasız oldu. Hər kəs özünə “keyfiyyətli” kadr çəkə biləcəyi qurğu əldə edə bilərdi. Bunun üçün onlara kompozisiya üzrə, işıq haqqında, koloristika haqqında heç bir məlumat, bilik və təcrübə də lazım deyildi. Foto jurnalist peşəsi öz əhəmiyyətini itirirdi, çünki istənilən turist öz qurğusu ilə ən öndə gedən agentliyin fotoqrafını qabaqlayaraq operativ kadrlar əldə edə bilərdi. Kəmiyyət keyfiyyət üzərində üstünlük təşkil edirdi.

Bir müddət sonra mən smartfonlara qarşı olan mənfi hisslərimə qalib gələrək ilk smartfonumu əldə etdim. İlk vaxtlar az-çox marağımı cəlb edən anları xüsusi həvəsim olmadan çəkirdim. Az sonra isə mən kameranı özümlə götürüb götürməməyimdən asılı olmayaraq istənilən an kadr əldə edə bilmək bacarığımı dəyərləndirdim.Çox keçmədən keyfiyyət ön plana keçdi, bununla yanaşı smartfon kamera ilə çəkmək mümkün olmayanda köməyə gəlir.”
Sərginin açılışı: 19:00
Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)