6 Aprel 23:17

İSİM könüllüsü ol!

İSİM könüllüsü ol!

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi “İSİM könüllüsü ol!” şüarı altında səhiyyədə könüllülük anlayışının gənclər arasında təbliğ edilməsi və gənclərin səhiyyə və sağlamlıq sahəsində könüllü fəaliyyətə təşviq edilməsi, eyni zamanda “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının 5.7.5. (Gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi) bəndinin icrasına dəstək olmaq məqsədilə 2 aylıq könüllülük (may, iyun) proqramına start verir.

Onlayn müraciət forması əsasında müsahibə mərhələsinə dəvət olunmuş və müsahibə mərhələsini uğurla keçmiş iştirakçılarla könüllülük müqaviləsi bağlanacaqdır.

Proqram çərçivəsində gənclərə asudə vaxtın səmərəli dəyərəndirilməsi, şəxsi bacarıqlarının təkmilləşdirilməsi, ictimai səhiyyə sahəsində iş təcrübəsi qazanması və komanda ilə işləmək bacarığının artırılması istiqamətində təlimlər keçiriləcək.

Eyni zamanda, proqrama qəbul olunan könüllülər seçdikləri istiqamət üzrə İSİM-in fəaliyyətinə qoşulacaq və layihə idarəetməsi, təlimçilik bacarıqlarının inkişaf etdirilməsi şansı əldə edəcəklər.

Könüllülük mühüm əhəmiyyətə malik olan fəaliyyət növlərindən biri olub ümumilikdə cəmiyyətin inkişafı üçün xüsusi önəm daşıyır.

Ölkəmizdə könüllü fəaliyyətin təbliği və gənclərin könüllü fəaliyyətə təşviq edilməsi məqsədilə müxtəlif layihələr icra olunur. Bu layihələrin uğurlu nəticəsidir ki, ölkəmizdə həyata keçirilən bir çox dünya əhəmiyyətli tədbirlərdə gənclərimiz könüllü fəaliyyət göstərərək ölkəmizin uğuru üçün çalışıblar.

Odur ki, gənclər arasında səhiyyədə könüllülük anlayışının formalaşdırılması və sağlamlıq sahəsində könüllü fəaliyyətin təşviq olunması mühüm əhəmiyyətə malikdir.

Xüsusilə, səhiyyə və sağlamlıq istiqaməti üzrə tibb tələbələrinin könüllü fəaliyyətə təşviq edilməsi və tibb tələbələri arasında daha geniş maarifləndirmə işləri aparmaq xüsusi önəm daşıyır. Elə bu səbəbdən başda tibb tələbələri olmaqla gələcək fəaliyyətini ictimai səhiyyə sahəsində qurmaq istəyən hər bir gənci “İSİM könüllüsü ol!” təcrübə proqramına qoşulmağa dəvət edirik.

Könüllülük proqramına müraciət etmək üçün 20 aprel 2019-cu il tarixinədək https://forms.gle/nFotpAgEUFZLQ8hT7 linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır

Əlaqə:
Şəhla Mirzəzadə
Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri
Tel: (+99412) 430-10-25

Bəyən və paylaş

Rəylər

rəy(lər)