8 Dekabr 20:50

İŞIQ-For WOMAN Formada qalmağın sirri

Müasir Gənclər Klubu təqdim edir !

Müasir Gənclər Klubunun təşkilatçılığı,Binəqədi rayon Gənclər və İdman idarəsinin təşkilati dəstəyi,Bridge Education Centre`nin sponsorluğu ilə reallaşması nəzərdə tutulan İŞIQ-For WOMAN layihəsinə 19 Noyabr 2016-cı il tarixindən start verilir.

Layihənin əsas kontingenti xanımlardır.Bu layihə sözün həqiqi mənasında xanımlarımızı sevindirəcək,çünki onlar bu layihə çərçivəsində özlərinə lazım olan hər şeyi əldə edəcəklər.İŞIQ-For WOMAN layihəsi bir xanımın özünü xoşbəxt hiss etməsi üçün prioritet sayılan məqamları onlara aşılayacaq.Layihənin davametmə müddəti 5 həftə nəzərədə tutulmuşdur.Layihə hər həftənin Şənbə günləri 90 dəqiqə olmaqla və hər növbəti layihə günü fərqli Ekspert`lər tərəfindən həmçinin fərqli mövzularla reallaşacaq.Təyin olunmuş Ekspertlərin hər biri öz sahəsi üzrə kifayət qədər peşəkar insanlardır.

#Ginekoloq-Necə deyərlər sağlam bədəndə sağlam ruh olar..Yuxarıda sadaladıqlarım sağlam orqanizm ilə vəhdət təşkil edir. Bir xanım üçün sağlam qadın olmaq hər şeydən daha vacibdir.Həyatımızın özəl günlərində bizə düzgün məsləhətlər verən ginekoloqa ehtiyac duyuruq.Yüksək ixtisaslı,ginekoloq-cərrah Dr.Gülnarə Əzimova 1-ci Ekspert qonaq qısmində layihənin 1-ci həftəsində iştirakçılara öz dəyərli məsləhətlərini verəcək.

#İdarəçi– Hər bir qadın inkişaf edərək cəmiyyətdə layiqli yerini tutmalıdır.Bəzən biz xanımlar həyatımızı dəyişəcək qərarlar qəbul edirik və bəhrələndiyimiz mənbə, bunu gizlətsəkdə uğur əldə etmiş,toplumda statusunu təsdiqləmiş, lider ruhlu xanımlar olur.Uğurlu iş həyatı və xanımların inkişafı adına layihənin 2-ci Ekspert qonağı “YARAT” Contemporary Art Space`də “Head of PR and Communications” vəzifəsində çalışan Hökümə Kərimova olacaq.

#Psxioloji dəstək- Həyatımızı və baş verən hadisələri düzgün istiqamətləndirmək üçün bizə sağlam beyin və sağlam psixologiya lazımdır.Dəvət olunmuş psixoloq tərəfindən psixoloji fikirlər və yardımlar sayəsində layihədəki hər bir xanım mənəvi rahatlıq əldə edəcəkdir.Layihənin 3-cü Ekspert qonağı Eros Psixologiya mərkəzinin əməkdaşı Psixoloq Elnarə Eminova olacaq.

#Modelyer-Dizayner -Daxil olduğumuz hər bir ortamda xarici görünüşümüzlə diqqət çəkmək biz xanımların hər zamanki istəyidir.Hətta bir xanım üçün başqa bir xanımdan tərif eşitmək bir cənabdan tərif eşitməkdən daha vacibdir.İstər geyimi istər makiajı istərsə də zərif davranışı ilə seçilmək hər bir xanımın arzusudur.Bunun üçün layihənin 4-cü həftəsinin 4-cü Eksperti peşəkar modelyer-dizayner Şəlalə Maqsudova olacaq.

#Fitness trainer- Aydındır ki, zövqlə seçilmiş geyim daha düzgün ölçülərə sahib bədəndə daha cazibədar görünəcəkdir.Artıq çəkilər narahatlıq yaratdığı kimi həddən artıq arıqlıq da narahatlıq mənbəyidir.Hər bir bədən xüsusiyyətlərinə uyğun qidalanma və idman hərəkətləri ilə arzuladığımız bədənə sahib ola bilərik.Bunun üçün layihənin 4-cü həftəsinin 5-ci Ekspert qonağı “Lala Beauty SPA Center”də Certified Personal Fitness Trainer vəzifəsində çalışan Səbinə Əliyeva olacaq.

#İdeal qadın- Son olaraq,hər bir xanım, ancaq, özünü tamamlanmış ailə portretində gördüyü zaman xoşbəxtliyi tam olaraq dada bilər.Çünki bəşər tarixinin yarandığı gündən, kainat xanımların öhdəliyinə ən ülvi vəzifə olan “Ana” olmaq vəzifəsini vermişdir.Bir xanım xoşbəxt bir ailəyə sahib olub, analıq duyğusunu daddığı zaman,dünyanın ən xoşbəxt canlısına çevrilir.Xanımını sevən, onun istək və arzularına hörmətlə yanaşan “Həyat yoldaşı” isə demək olar ki taleyin bəxşişidir.Məhz belə olan halda bir qadın həyatda uğur qazanaraq həm iş dünyasında, həm də öz ailəsində rahatlığa qovuşacaqdır.Yaratmaq istədiyimiz o qadın modeli yeri gəldiyində ciddi bir iş xanımı,gözəl ana və həyat yoldaşı,övladlarının anasıdır.Layihənin sonuncu,6-cı Ekspert qonağı Şuşa Dövlət Teatrında təşkilatçı,Kölgə teatrının rəhbəri,Mədəniyyət müşaviri,yazıçı,drammturq Elnurə Abdullayeva olacaq

Sonda xanımlarımız öyrəndikləri ilə bağlı imtahan olunacaq və imtahanı uğurla keçənlər sertifikatla mükafatlandırılacaq.
_____________________________________________

QEYDİYYAT linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSeO3gOMrAVpefCtTAf3wWraEoBUMo2ToopWV2Cm5geCDUqefQ/viewform

Daha ətraflı:
051 663 63 50
M.Muxtarov küç.6 (içərişəhər m\st yaxınlığı)

10dekabr 16:00 – 18:00

Müasir Gənclər Klubu (MGK)
İçərişəhər m\st,M.Muxtarov küç.6, Az1010 Baku, Azerbaijan
Bəyən və paylaş

Rəylər

rəy(lər)