18 Oktyabr 10:52

İşıq hərşeydir –Fotoqraflıqda işığın vacibliyi!

Fotoqrafiyanın əsas mənasının işıqla yazmaq olduğu düşünüldüyündə bir fotoqrafa təsir edən ən əsas elementin işığın  olduğunu rahatlıqla demək olar. İşıq olmadan şəkil çəkmək mümkün olmayacaq.Hər işığın fərqli bir mənası ,fotoşəkilə qatdığı dəyəri vardır.Ağılda qalıcı və təsiredici fotoşəkillər düzgün işıq dəyərləri ilə yaradılır.

Qüsursuz fotoşəkillərə sahib olmaq üçün bütün işıq növlərində çəkiliş etməyi bilmək lazımdır.Buna görə də işin təhsilini almaqda fayda var.Professional foto çəkiliş etmək istəyirsinizsə işıq qaynaqlarından, istifadə sahələrinə qədər çəkiliş texnikalarına hakim olmalı və bol-bol praktika etməlisiniz.Fotoqrafiyada işığın əhəmiyyəti danılmaz bir həqiqətdir.

İşıq nədir?  – Həyatın qaynağı!

“Photo” sözü də Yunanca işıq mənasını verir. İşıq xətti dalğalar halında yayılan elektromaqnit dalğalara verilən addır.Müxtəlif xüsusiyyətlər və sürətlər qazana bilər. Bu səbəbdən təyin olunması çətinləşir.

Fotoqrafların da ən böyük vasitəsi olan işıq ,min bir növdə istifadə olunaraq ortaya fərqli görüntülərin çıxmasını təmin edər. Müvəffəqiyyətli  işıq istifadəsi ilə düzgün kadrlar tutula bilər.

Foto çəkilişində istifadə etdiyimiz müxtəlif  işıq texnologiyaları var;

Təbii qaynaqlar: Led işıqlar daha çox studiyalarda istifadə edilən elektrik qaynağlı bütün  işıqları əhatə edir.Bu səbəblə  işığın yerinə görə yaradılan çəkim texnikaları yaranır.Kompozisiyaya görə ve ehtiyaca görə çəkilişlər müəyyənləşdirilir.

Fotoqrafiyada işıq istifadəsi – düzgün kadrlar düzgün işıqla mümkündür.

Fotoçəkiliş edərkən işıq hər yerdən gələ bilər.Cihazlarda hazır tapılan düzəliş parametrləri  xaricində fotoqrafın diqqət etməyi lazım olan texnikalar tapılır. Gəliş şəklinə görə.

Öndən gələn işıq : obyekt üzərində kölgə və dərinlik meydana gəlməz .Ətraflı məlumat vermək və rəngləri göstərmək baxımından təsirlidir.Portret  fotoşəkili çəkmək üçün əlverişli deyil.

Yandan  gələn işıq: Kölgələrin meydana gəlməsinə səbəb olur. Kontrast meydana gələndə fotoşəkildə  hərəkətlilik olur. Toxuma və nümunə şəkillərində istifadə olunmalıdır.

Təpədən gələn işıq : Günorta saatlarında gəlir. Sərt kölgələr və parlamalar yaradır.Bu şəkildə çəkim etmək  elədə istifadə olunmur.

Tərs işıq: Obyekt və şəxsin arxasında qalır.Görüntüdə tamamilə bir siluet ortaya çıxar.Tərs işıq obyektin xarici  formunu diqqətə çarpan edir.və işıq şüaları fotoşəklin gözəlləşməsini təmin edər.

Nöqtəvari  işıq: Ağac,bina , bulud kimi açıqlıqlardan işığın süzülməsi və çəkiləcək mövzunun bir hissəsini işıqlandırmasıdır.

Birbaşa gələn işıq: Qırılmadan gələrək birbaşa obyektin üzərinə düşən işığdır.

Dolayı gələn işıq: Qırılaraq və günü itirərək  gəlir . Dağılma və əks olunma ilə fərqli formalar qazanır.

 

İşığa görə çəkiliş edərkən diqqət edilməli nöqtələr

əkiliş ediləcək xarici məkanın işığı əvvəldən araşdırılmalıdır

* studiya çəkilişlərində mövzuya görə düzgün nizamlamalar edilməlidir

* zamanın planlaşdırılması düzgün edilməlidir

* məkanın xüsusiyyətləriyaxşı təhlil edilməlidir

* mühitin təbii yoxsa süni işıqla işıqlandırılmasına diqqət yetirilməlidir

* müəyyən edilən mövzuya görə işıqdan istifadəni tənzimləmək lazımdır

* uyğun film seçimi və vasitə, materiallar müəyyən edilməlidir

* sıxlıq və pozlama sayı müəyyənləşdirilməlidir

*diafraqma və anlıq görüntüyə  görə hərəkət etmək lazımdır.

* insanın gözünün rəng qəbul etmə (dərk etmə) xüsusiyyətinə görə işıq istifadə olunmalıdır

* qırılan ya da əks olunan işıqları da istifadə etməyi bilməli , onlara düşmən olmamalısınız

* hər zaman təbii olanı seçməlisiniz

 

Yuxarıdakı məsələlərə diqqət etdiyiniz təqdirdə uğurlu işlərə imza atmaqla qalmayıb adınızı beynəlxalq sahələrdə çatdıra bilərsiniz .İxtisaslaşmaq üçün hər tərəfdən  və işıqdan  poz tutabilməli , özünüzü sınamalısınız

Fotoqrafiya sahəsinə maraqlı olanlar üçün, STEP IT Academy-də Peşəkar Rəqəmsal Foto Kursları keçirilir. Bu kurs sıfırdan rəqəmsal foto ilə maraqlanan hər kəsə, foto və ya dizayn sahəsində iş tapmaq və ya sadəcə foto çəkilişləri həyata keçirmək bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün maraqlı ola bilər. Ətraflı məlumat: itstep.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)