“İslam Həmrəyliyi – Azərbaycan nümunəsi” mövzusunda yazı, poster/foto müsabiqəsi

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, Islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Ölkəmizin  İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz   ifadəsini   tapmışdır.   IV   İslam Həmrəyliyi   Oyunlarının   2017-ci ildə Bakı şəhərində keçirilməsi də ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar olaraq, yazı və poster /foto müsabiqəsi  elan edirik.

Respublika   səviyyəsində müsabiqəni təşkil etməkdə əsas məqsədimiz İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası   prizmasından yanaşaraq, məsələnin aktuallığını daha da artırmaq və bəşəri dəyərlərin bir daha üzə çıxarılmasına dəstək olmaqdır.

Müsabiqədə iştirak etmək istəyənlər aşağıda göstərilmiş mövzulara və tələblərə uyğun olaraq yazı və poster/foto vəsaitlərini hazırlamalıdırlar:

  1. “Azərbaycan Həmrəylik nümunəsi kimi ”,
  2. “İslam elm tarixində Azərbaycan məktəbi”
  3. “Yeni dünya çağırışları: Avropa və İslam”,
  4. “İslam mədəniyyəti və sivilizasiyalararası münasibətlər”
  5. “Yeni dünya çağırışları: Azərbaycan və İslam”,
  6. “İslam və demokratiya: Tarix və Müasirlik”,
  7. “İslam həmrəyliyi: Dini və Mədəni müxtəlifliyin harmoniyası”,
  8. “İslam həmrəyliyi: Müasir çağırışlar və Dini maarifləndirmə”,
  9. “Heydər Əliyev irsi və İslam həmrəyliyi “,
  10. “İslam sivilizasiyası: müasir dini baxışlar və yeni dünya”,
  11. “İslam mədəniyyətində qadın”,
  12. “İslam və iqtisadi inkişaf”,
  13. “İslam Mədəniyyəti: Problemlər və Perspektivlər”.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

  • Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;
  • Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
  • Oxucu üçün informasiyalılıq dərəcəsi;
  • Cari vəziyyəti və nəticələri analiz etmək;
  • Statistik məlumatları analiz etmək;
  • Təkliflər irəli sürmək (digər uğurlu təcrübələri qeyd etmək və s);
  • Dünya təcrübəsi ilə müqayisə;
  • Mənbələri qeyd etmək.

Müsabiqənin tələbləri:

Müsabiqə ilə  maraqlanan HƏR KƏS iştirak edə bilər.

  • Hər iştirakçı müsabiqəyə yalnız bir yazı təqdim edə bilər;
  • Hazırlanan məqalələr müsabiqəyə təqdim olunana qədər heç bir KİV-də dərc olunmamalıdır;
  • Məqalə 2000-8000 işarə həcmində olmalıdır;
  • Mətn Times New Roman 14, sərlövhələr 16 şriftlə yazılmalı;
  • Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;

Müsabiqə üçün təqdim ediləcək yazılar arasından 10 ən yaxşı yazı seçiləcək və hər qalibə  300  AZN  mükafat veriləcək.

Posterlərin orijinal ölçüsü A1 formatda olmalıdır. Təqdim edilən elektron posterə maksimum 400 sözdən ibarət olan və posteri təsvir edən mətn (azərbaycan, ingilis, rus dillərində) əlavə oluna bilər. Posterin üzərində heç bir dövlət,  ictimai və özəl təşkilatın loqosu olmamalıdır. Posterin yuxarı sol küncündə Təşkilat Komitəsi tərəfindən yerləşdiriləcək müvafiq loqo üçün  9 x 9  sm ölçüdə boş yer saxlanılmalıdır.

 Müsabiqə üçün təqdim ediləcək posterlər arasından 5 ən yaxşı poster / foto seçiləcək və hər qalibə   200 AZN   mükafat veriləcək.

Qaliblər   Münsiflər heyəti (Münsiflər heyəti – xüsusi meyarlarla seçilmiş, xarici ölkələrdə dövlət dəstəyi ilə müxtəlif mövzularda həyata keçirilən layihələrin rəhbərləri və müsabiqə istiqaməti üzrə təcrübəli elmi mütəxəssislərdən ibarətdir) tərəfindən seçiləcək.

Müsabiqə materiallarının təqdim edilməsi üçün son tarix: 15 Oktyabr, 2017-ci il.

Müsabiqə üçün hazırlanmış materiallar bu ünvana göndərilməlidir–    [email protected][email protected]

Əlaqə telefonları:  (012) 431 47 67 (3430, 2272)

Bir cavab yazın

Back to top button