16 Yanvar 16:36

“İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək

Azərbaycan İlahiyyat İnstitutu və Türkiyənin Kırıkale Universitetinin birgə təşkilatçılığı ilə 16-17 aprel 2020-ci il tarixdə “İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Tezislərin göndərilməsi üçün son tarix: 16.02.2020

Tezis və məqalələrin qəbul qaydaları

Tezislər
1. Tezislərin ümumi həcmi 300-350 sözdən ibarət olmalıdır.
2. Təqdim olunan yazının əvvəlində tezisin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
3. Tezisin əvvəlində müəlliflə bağlı məlumatdan sonra tezisin yazıldığı dildə açar sözlər verilməlidir.
4. Tezisin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dilində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: [email protected]

Tezislərin göndərilməsi üçün son tarix: 16.02.2020.
Tezislərin qəbul olunduğunun bildiriləcəyi tarix: 28.02.2020.

Məqalələr
1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.
2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.
3. Məqalənin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk, ingilis və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: [email protected]
4. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.
6. Elmi araşdırmaların yazılma üsullarına uyğun, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.
5. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizə içində müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məs.: (Bünyadov 2007, 17-21).
Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda (Bünyadov 2007(1), 31-36) və ya (Bünyadov 2007(2), 42-55) kimi qeyd edilir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs.: (Bünyadov Ziya (2007/1), 31-36) və ya (Bünyadov Ziya (2007/2), 42-55).
6. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; simpozium və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.
7. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.
8. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların düzgünlüyünə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Məqalələrin göndərilməsi üçün son tarix: 30.03.2020

Bəyən və paylaş