23 May 10:09

İspaniya kralı 6-cı Filipp Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvlərini qəbul edib

İspaniyanın Tarroqana şəhərində keçirilən Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin üzvlərini İspaniya Kralı VI Filipp qəbul edib.

 

Adı çəkilən komitənin üzvü və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirakçılar sırasında idi.

 

Tədbirdə Avropa ölkələri arasında Olimpiya hərəkatının inkişafı üçün müzakirələr aparıldı. Həmçinin, Olimpiya və Yeniyetmələr arasında Olimpiya Oyunları haqqında hesabat çıxışlarının edildi.

 

2018-ci il Pyonçanq Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışı gündəlikdə olan məsələlər sırasındadır. Rio 2016 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi hazırlıq prosesi, akreditasiya, Olimpiya kəndi və açılış mərasimi müzakirə olundu.

 

AOK-un vitse-prezidenti Janez Kocijancic dedi: “Avropa Olimpiya Hərəkatının inkişafı üçün keçirilən tədbir faydalı idi. Bu seminarda yaranan mühüm mövzulardan biri də Milli Olimpiya Komitələrinin  və idman fəaliyyətinin ən yüksək etik kodeks və vəhdətdə olmasıdır. Və buna nail olmaq üçün birlik şəklində çalışmalıyıq. Əlbəttə ki, biz idmançıları qorumaq üçün mübarizə aparır, dopinqə qarşı mübarizəni gücləndirmək, idmançıları qorumaq və BOK tərəfindən atılan səyləri dəstəkləyirik.”

 

“Mən bu seminarın ev sahibliyi və əla təşkilinə görə, İspaniya Olimpiya Komitəsinə, xüsusilə də Prezident Alexandro Blanko və Baş Katib Viktor Snchez Naranjo-ya təşəkkürümü bildirmək istərdim. Əlavə olaraq, bir çox əməkdaşlar və könüllülər bu ilin Seminarında iştirak edir. Bu, böyük uğur idi və Mən əminəm ki, Tarraqona gələn il görkəmli Aralıq Dənizi Oyunları keçiriləcəkdir”.

 

Xatırladaq ki, 18-21 may tarixlərində İspaniyanın Tarraqona şəhərində Avropa
Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclası və 37-ci Seminar keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə və MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak edib.

Bəyən və paylaş

Rəylər

rəy(lər)