4 Fevral 14:40

İSRAİL İNNOVASİYA MÜBADİLƏ PROQRAMI

🇦🇿🤝🇮🇱 İSRAİL İNNOVASİYA MÜBADİLƏ PROQRAMI

High Tech Park bu ilin 4-8 Mart tarixlərində İsrailin Azərbaycandakı Səfirliyi, İsrail İnnovasiyalar Agentliyinin təşkilati dəstəyi ilə Azərbaycandan olan innovasiya ekosistem liderləri üçün mübadilə proqramı təşkil edəcək. Səfər zamanı iştirakçılar Tel- Əviv və Qüds şəhərlərində:
📌 Aparıcı vençur fondlar;

📌 Azərbaycanda birgə layihələr həyata keçirmək istəyən israil startuplar ilə;
📌 akselerasiya mərkəzlərində;
📌 aparıcı universitetlərdə ekspertlər ilə görüşlər keçirəcəklər.

Bundan başqa mübadilə proqramında iştirak üçün seçilmiş qaliblər İsraildə keçiriləcək iki böyük beynəlxalq startup investisiya summitlərində –
📌 “Eco Motion Annual İnvestment Summit”
📌 “OurCrowd Global Investors Summit”lərində iştirak edəcəklər.

Seçilmiş namizədlərin viza və bütün səfər xərcləri Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ödənilir. İştirak etmək istəyənlər aşağıdakı elektron ərizə formasını dolduraraq –
🚩 17 Fevral tarixindən gec olmayaraq müraciət etməlidirlər!

☝️HTP FastTrack akselerasiya proqramının iştirakçılarına üstünlük veriləcək.

Ərizələr artıq AÇIQDIR. Link:⬇️
https://www.surveymonkey.com/r/3FYZWFS

Bəyən və paylaş

Rəylər

rəy(lər)