17 Mart 08:33

İsrailin ölkəmizdəki səfirliyinin nümayəndələri ATMU-da

15 mart 2016-cı il tarixində Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) İsrailin ölkəmizdəki səfirliyinin nümayəndələri ilə universitetin “Keyfiyyət təminatı” şöbəsi əməkdaşlarının tanışlıq-hesabat  görüşü keçirilib. Görüşdə ATMU tələbələrinin İsrailin nüfuzlu otellərində 20 həftəlik təcrübə semestrinin təşkili və peşəkarlıq vərdişləri qazanmalarının əhəmiyyətindən söz açılıb.

İsrail səfirliyinə təcrübə keçmək məqsədi ilə 2 aylıq  ezam olunan İtay Tovar  və Dany Antebi Azərbaycan Turizm və Menecment Universiteti və diplomatik korpus arasındakı  razılaşmaya əsasən həyata keçirilən təcrübə proqramının mərhələli icrasından razı qaldıqlarını  bildiriblər.

Görüşdə bu ilin aprel ayından İsrailin Eilat şəhərindəki məşhur otellərdə təcrübə keçmək şansı qazanan və eləcə də əvvəlki illərdə bu proqramdan yararlanan tələbələr iştirak ediblər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)