22 İyul 18:44

İsrailli startap və akselerasiya eksperti Tal Catran yenidən Bakıda!

srailli startap və akselerasiya eksperti Tal Catran yenidən Bakıda!📢

Bizim fikrimizcə onunla görüş fürsətini əldən qaçırmamaq lazımdır. Amma bu dəfə görüş bir qədər fərqli olacaq. 😉 Çünki o, gənc startapçı və sahibkarlar keçiriləcək görüşdə öz təcrübəsini bölüşməkdən çox sözügedən şəxslərin biznesdə etdiyi səhvlər haqqında ətraflı söhbətlər apararaq bəzi məsləhətlər verəcək. 😎✌️

📅Tarix və saat: 27.07.2019 | 16:00

📍Məkan: Innovation Agency Azerbaijan (Mikayıl Müşfiq küç., 2h)
💻Müraciət üçün: http://bit.ly/32BCbEj (Son tarix 26.07.2019 | 18:00)

❗️QEYD: Tədbir ingilis dilində keçiriləcəkdir.

Tal Catran – TC Holdings platformasının qurucusudur. Bu platforma üzərindən o, bir çox startapın, software və hardware proqram təminatı sistemlərinin, həmçinin müxtəlif texnoloji tətbiqlər üzrə xidmət göstərən şirkətlərin idarə edilməsində aktiv iştirak edir. Cənab Catran biznesin inkişafı, beynəlxalq marketinq, fandreyzinq və idarəetmə sahəsində geniş təcrübəsi olan investor, peşəkar mentor və müxtəlif sahələr üzrə ixtisaslaşmış sahibkardır. O həmçinin, bir sıra sənaye və iqtisadiyyatın ayrı-ayrı aspektləri üzrə yeni fəaliyyətə başlayan startapların (pre-seed and seed) təsisçilərinə də böyük motivasiya mənbəyidir.

“Start it UP! w/ Tal Catran” adlı tədbir “Youth Inc.” Sahibkarlıq Proqramı və İnnovasiyalar Agentliyinin tərəfdaşlığı ilə keçirilir.

Bəyən və paylaş