İşsiz və işaxtaran şəxslərin nəzərinə!

İşsiz və işaxtaran şəxslərin nəzərinə! Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə Qusarda əmək yarmarkası keçiriləcək. Yarmarkada Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən üzrə 24 müəssisə 200-dən çox vakansiya ilə iştirak edəcək. Tədbirə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür. Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır. Qusar şəhəri, Mirzə Vəliyev küçəsi 6 (Heydər Əliyev Mərkəzi) 21 iyun, 2022 11:00
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az