Cümə axşamı, 7 Avqust, 2025

İşsiz və işaxtaran şəxslərin nəzərinə!


  • Dərc edildi: 20 İyun, 2022 - 10:44
İşsiz və işaxtaran şəxslərin nəzərinə!

İşsiz və işaxtaran şəxslərin nəzərinə! Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filialının dəstəyi ilə Siyəzəndə "Açıq Qapı” günü keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Şabran Yaradıcılıq-İstirahət Kompleksi”ndə müvafiq vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə qeyd olunan ünvana yaxınlaşa bilərlər. Tədbirə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür. “Açıq qapı”da iştirak edən şəxslərə vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat təqdim ediləcəkdir. Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 92 (Siyəzən şəhəri Mədəniyyət Mərkəzi) 24 iyun, 2022 11:00 – 16:00 Vakansiyalarla buradan tanış ola bilərsiniz: https://lnkd.in/eqYVsMJg

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5901
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1132
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 413
“İnnovativ məktəb” l...