İşsiz və işaxtaran şəxslərin nəzərinə!

İşsiz və işaxtaran şəxslərin nəzərinə! Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə 29, 30 iyun və 1 iyulda İsmayıllı və Şamaxı rayonlarında Açıq qapı günü keçiriləcək. 📌 "OBA Market” MMC-də satıcı-kassir vakansiyası üzrə işə qəbul olunmaq istəyən şəxslər 29 iyun 2022-ci il tarixdə Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən ünvana, 30 iyun 2022-ci il tarixdə isə İsmayıllı şəhəri, Heydər Əliyev adına parkın yaxınlığında təşkil ediləcək açıq qapı gününə qatıla bilərlər. 📌Bundan əlavə, 01 iyul 2022-ci il tarixdə, saat 10:00-dan 16:00-a kimi "Basqal İstirahət Kompleksi” nin "Açıq Qapı" günü keçiriləcək. "Basqal İstirahət Kompleksi” MMC-də aşağıdakı vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər qeyd olunan tarixdə İsmayıllı rayon xidmət şöbəsinə müraciət edə bilərlər. - Ofisiant - Aşpaz - Təmizlik personalı - Mətbəxdə təmizlik işləri - Hostess - Camaşırxana personalı ➡️ Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. ➡️ Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür. ▶️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az