26 Yanvar 19:46

“İstedad Sorağında-3” yaradıcılıq müsabiqəsi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, “Mədəniyyət” qəzeti və  Xətai Sənət Mərkəzinin  təşkilatçılığı, AZƏRTAC – Azərbaycan  Dövlət  İnformasiya Agentliyi və Azpress – Video-foto İnformasiya Agentliyinin xəbər saytının informasiya dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti  İli”  çərçivəsində      “İSTEDAD SORAĞINDA-3” yaradıcılıq müsabiqəsini elan edir.

 

Müsabiqə  istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması, yetişməkdə olan nəslin təsviri sənətə marağının daha da artırılması məqsədilə keçirilir.

Müsabiqəyə  qatılmaq   istəyən və yaşı 16-29 arasında olan   iştirakçı  yaratdığı tablonun   fotosu  ilə  bərabər

  1. Ad və soyad,
  2. təvəllüd,
  3. əlaqə nömrəsi
  4. əsər(lər)in adı,ölçüsü və texnikası barədə məlumatı  2018-cı il aprel ayının  30-nədək Xətai Sənət Mərkəzinin aşağıdakı ünvanlarından birinə göndərməlidir.
  5. facebook: Bakı Xətai Sənət Mərkəzi(https://www.facebook.com/xsm.art.az/)
  6. whatsapp: 00994 51 310 74 01
  7. instagram: xetaisenetmerkezi
  8. email: xsm.2016@mail.ru
  9. ünvan: Az1025. Bakı şəhəri, Xocalı pr 62.

 

Birinci   turdan   keçmiş  əsərlər     sərgilənmək  üçün  Xətai Sənət Mərkəzinə dəvət  alacaq və müsabiqənin mükafatlarını almaq uğrunda mübarizəyə qoşulacaqdır.

Qaliblər üçün üç əsas mükafat, eləcə də müxtəlif nominasiyalar üzrə arı-ayrı idarə və təşkilatların mükafatlarının verilməsi, eyni zamanda “Mədəniyyət” qəzetində ən yaxşı əsər və onun müəllifi haqqında ətraflı yazı dərc olunması nəzərdə tutulmuşdur

I yer – 400 AZN

II yer – 200 AZN

III yer – 100 AZN

Həvəsləndirici mükafat – (5 nəfər)

Müsabiqə iştirakçıları üçün aşağıdakı nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulmuşdur:

İdeya orjinallığı və peşəkarlığa görə – (Azərbaycan  Respublikası Mədəniyyət və Turizm Nazirliyi)

Milli  adət-ənənəni  daha dolğun əks etdirdiyinə görə – (Azərbaycan Respublikası Təhsil Nazirliyi)

Ən istedadlı yaradıcı gənc iştirakçıya – (Azərbaycan Gənclər və İdman Nazirliyi)

Sujetinə və dolğun məzmuna görə – (Azərbaycan Rəssamlar İttifaqı)

Mövzu orijinallığına və onun bədii həllinə görə – (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası)

Vətənpərvərlik mövzusunda çəkilmiş əsərinə görə – (Xətai Rayon İcra Hakimiyyəti)

Mədəniyyət tariximizin   daha  dolğun  təbliğinə  görə – (Bakı Dövlət Universiteti)

Ən yaxşı kompozisiya həllinə görə – (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti)

Multikulturalizm və tolerantlıq ideyalarının təbliğinə görə – (Azərbaycan Dillər Universiteti)

Ən yaxşı rəng duyumuna görə – (Azərbaycan Dövlət Rəsm Qalereyası)

Müasirliyi təbliğinə görə – (Xətai Sənət Mərkəzi)

Bəyən və paylaş

Rəylər

rəy(lər)