İstedadların cəlb edilməsi üzrə mütəxəssis vakansiyası

Vəzifə və öhdəliklər:

  • Digər departamentlər tərəfindən keçilən tələblərə əsasən axtarışa başlamaq
  • İşçi tələblərinə əsasən müvafiq vakansiya elanları hazırlamaq, Şirkət daxili və xarici müxtəlif saytlarda, sosial şəbəkələrdə yerləşdirilməsini təmin etmək
  • Ən səmərəli kanallardan istifadə etməklə istedadları müəyyən etmək və onları şirkətə cəlb etmək
  • Vakansiya tələblərinə uyğun namizədlərin seçimi və ilkin müsahibələri təşkilini həyata keçirmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək
  • İşəqəbul prosesi zamanı arxivləşdirmə və sənədləşmə əməliyyatlarını aparmaq
  • Şirkətin işəqəbul siyasətinə riayət olunmasını təmin etmək
  • İşçi seçimi prosesində müvafiq imtahan və dəyərləndirmələri həyata keçirmək
  • Şirkət brendini təbliğ və təmsil etmək
  • İmtahanlarla bağlı olaraq lazımı sənədləşmə və qeydiyyata alma prosesini idarə etmək
  • Karyera günləri və digər işə qəbul ilə bağlı tədbirlərdə şirkəti təmsil etmək və bu tipli tədbirləri təşkil etmək
  • İşəqəbul kanallarının idarə olunması və müasir metodların tətbiqini həyata keçirmək
  • İstedadların idarə edilməsi, təlim və inkişaf və performansın idarə edilməsi proseslərində iştirak etmək

Biliklər:

  • Ali təhsil – Biznes yönümlü təhsil arzu olunandır
  • Kompüter bilikləri: Peşəkar səviyyədə MS Office proqramlarından istifadə bacarığı
  • Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə biliklərin olması. Rus və İngilis dili bilikləri arzu olunandır

Təcrübə:

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi

Bacarıqlar:

  • Stres altında işləməyi bacarmalı
  • Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı
  • Ünsiyyət yaratmaq, dinləmək, güclü müşahidə etmək bacarığına malik olmalı
  • Yüksək analitik düşünmə qabiliyyətinə sahib olmalı
Son müraciət tarixi:30 Noyabr 2021 Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə [email protected] email ünvanına CV-nizi göndərin.  

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az