7 Aprel 19:59

“İstedadlı Gənclərin Estrada – Vokal Müsabiqəsi” 16 finalçı ilə final – qala konserti

“İstedadlı Gənclərin Estrada – Vokal Müsabiqəsi” 16 finalçı ilə final – qala konsertinə hazırlaşır!

Aprelin 29-da, saat 17:00-da Azərbaycan Milli Konservatoriyasının böyük konsert salonunda Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Milli Konservatoriyası (Azərbaycan Milli Konservatoriyası / Azerbaijan National Conservatory ) , Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (Azerbaijan Student Youth Organizations’ Union ) və Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının (Tələbə Gənclər Təşkilatı I AMK) təşkilati dəstəyi ilə keçirilən “İstedadlı Gənclərin Estrada – Vokal Müsabiqəsi”nin final – qala konserti keçiriləcək.

Final mərhələsində 14 fərqli ali təhsil müəssisəsindən 16 nəfər finalçı təmsil olunacaqlar. Onlar estrada və vokal janrları üzrə müvafiq olaraq I, II və III yerlər uğrunda mübarizə aparacaqlar.

Qala konsertə giriş sərbəstdir!

Bəyən və paylaş

Rəylər

rəy(lər)