22 Oktyabr 12:11

İstedadlı pianoçu və rəssam Səidə Tağızadə ilə keçiriləcək bənzərsiz bir ustad dərsi

Musiqi sədaları altında istedadlı pianoçu və rəssam Səidə Tağızadə ilə keçiriləcək bənzərsiz bir ustad dərsində iştirak etməyə dəvət edirik.
Valideynlər uşaqlarla birgə YARAT Müasir İncəsənət Mərkəzində “rəngləri eşitmək” və “səsləri görmək”, duyğularınızı təhlil edib kağız üzərində ifadə etmək bacarığı da qazanacaqlar. Bu bazar keçiriləcək ustad dərsi 3-7 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

Səidə Tağızadə – konsert proqramları ilə çıxış edən pianoçu, Azərbaycan Dövlət Musiqi Akademiyasının məzunu, pedaqoq və istedadlı rəssamdır. O, bir sıra beynəlxalq və milli müsabiqələrin laureatıdır.

25 oktyabr, saat 11:30-da YARAT Müasir İncəsənət Mərkəzində.

Tədbirdə iştirak etmək üçün mütləq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat 23 oktyabr 18:30 qədər davam edəcək!

Balaca YARAT layihələrində iştirak pulsuzdur! Sadəcə, iştirak etmək üçün əvvəlcədən səhifənin inboksuna (https://www.facebook.com/Yarat.Art) uşağların ad, soyad, təvəllüdünü, həmçinin əlaqə nömrənizi yazaraq qeydiyyatdan keçmək lazımdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)