İstehsalat üzrə maaşlı təcrübə proqramı

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyət sahəsində çalışan “Star Mining” MMC şirkəti İstehsalat üzrə təcrübə programını elan edir. Peşəkar karyera qurmaq istəyən, analitik düşüncəyə malik olan şəxslər gündəlik işlərin öyrənilməsi məqsədi ilə təcrübə programlarına qoşula bilərlər.

Təcrübə programı ödənişlidir.

İstehsalat üzrə təcrübəçi

“Geodeziya”, “Mühəndisi geologiya”, “Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı”, “Neft-qaz-mədən geologiyası”, “Quyuların geofiziki tədqiqi”, “Mədən geofizikası” ixtisaslaşmaları üzrə məzun olan, bu sahədə biliklərini təcrübədə tədbiq etmək arzusunda olan, analitik düşüncəyə malik olan məzunlar üçün təcrübə programı elan edilir.

İstehsalat sahəsi Daşkəsən şəhərində yerləşir.

Gündəlik yemək və yaşayış sahəsi şirkət tərəfindən təmin edilir.

Tələblərə uyğun namizədlər CV formanı mövzu yerində “İstehsalat üzrə təcrübəçi Edumap.az” qeyd edərək [email protected] email ünvanına göndərə bilərlər.

Bir cavab yazın

Back to top button