İstehsalat üzrə Mühasib vakansiyası

Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: İstehsalat üzrə Mühasib

Tələblər:
– Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir);
– İstehsalat üzrə mühasib kimi minimum 2-3 il təcrübə;
– Azərbaycan dilini mükəmməl, rus dilini yaxşı səviyyədə bilmək;
– ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
– Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
– Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.

Vəzifə öhdəlikləri:
– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi;
– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət;
– Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
– Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
– Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək, onların mühasibat standartalarına uygun uçotunu təmin etmək;
– Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
– Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək;
– Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək;
– Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.);
– Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şəraiti:
– 6 günlük iş qrafiki;
– İş yeri Xırdalan şəhərində yerləşir;
– Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İstehsalat üzrə mühasib” yazmaqla ”[email protected]” elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Related Articles