İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya

“Az FP Co LTD” MMC (Milla süd emalı zavodu) İstehsalat üzrə mühasib  vəzifəsi üzrə işçi qəbulu elan edir:
Namizədin vəzifə öhdəlikləri:
– Hazır məhsullar üzrə maya dəyərlərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə standart maya dəyərlərinin müqayisəsinin aparılması;
– Aylıq faktiki xammal, material istifadəsinin, həmçinin sərfiyyət və itkinin əvvəlki aylarla və planlaşdırılmış göstəricilər ilə müqayisəsinin aparılması və analiz edilməsi;
– İstehsal qaimə məsrəflərinin düzgün bölüşdürülməsinin təmin edilməsi;
– İstehsalat şöbəsi tərəfindən sistemə işlənilmiş əməliyyatların mütəmadi olaraq sənədlərlə düzgünlüyünün yoxlanılması;
– Xammal, material silgilərinin resepturalara uyğun icra edilməsinin nəzarətdə saxlanılması;
– İstehsalatın uçotu ilə bağlı sualların operativ şəkildə cavablandırılması;
– Mühasibatlıq sənədlərinin işlənməsi və qorunub saxlanmasının təmin edilməsi;
– Şöbə rəhbərinin digər tapşırıqlarının icra edilməsi.
Namizədə tələblər:
–   Ali təhsil (Mühasibat uçotu, Maliyyə)
– 3-5 il İstehsalat üzrə iş təcrübəsi
– MC Office və 1C proqramlarında istifadə bacarığı;
– İngilis dili biliklərinin olması arzu olunandır
–  Müşahidə və analiz bacarığının olması.
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “İstehsalat üzrə mühasib” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz

Related Articles