6 Fevral 21:43

İstixana Effekti: Artan Entropiya

Əziz abituriyent və tələbələr,

Sizi, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi, Bakı Ali Neft Məktəbi Tələbə Gənclər Təşkilatının dəstəyi ilə təşkil olunan “İstixana Effekti: Artan Entropiya” adlı elmi-texniki təlimlərə dəvət edirik.
Təlimlərdə siz günümüzün əsas problemi olan qlobal istiləşmənin əsas səbəbkarı olan istixana effekti, artan entropiya haqqında geniş məlumat əldə edəcəksiniz.

Təlimçilər haqqında:
1) Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi kafedrasının professoru, texniki elmlər doktoru Fuad Vəliyev Amerika Elm və Texnologiya Assosiasiyasının üzvü seçilib. O, elm və texnologiya sahəsindəki xidmətlərinə, uğurlu və uzunmüddətli fəaliyyətinə görə bu Assosiasiyanın üzvlük sertifikatına layiq görülüb.
Reofizika, Maqnit hidrodinamikası, Dalğa prosesləri, Metastabil hallar, Mənfi təzyiq effekti, Ötürmə proseslərinin elektrokinetik əsasları üzrə 120 elmi əsər, o cümlədən, monoqrafiya, 20 patent (“Quyu ejektoru”, “Paker”, “Ştanqlı quyu nasosu”, “Hermetikləşdidrici örtük”, “Neft quyularının təmizlənmə üsulu” və i.a.).
2) Emin Məmmədov Sumqayıt Dövlət Universitetinin Avtomatlaşdırma və İdarəetmə ixtisası üzrə təhsil almış, hazırda Provitaz MMC Alternativ Enerji Şirkətində Baş Mühəndis vəzifəsində çalışır. Eləcə də Təbiət Dostları İB-nin idarə heyətinin üzvüdü.
1-ci Sessiya 10 fevral saat 10:00-10:50
Şirniyyat Fasiləsi: 10 fevral 10:50-11:10
2-ci Sessiya 10 fevral saat 11:10-12:00
3-cü Sessiya 11 fevral saat 10:00-10:50
Şirniyyat Fasiləsi: 11 fevral 10:50-11:10
Poster müsabiqəsi: 11 fevral 11:10-12:00

Qeydiyyat Linki


Məkan: Bakı Ali Neft Məktəbi (Xətai metrosunun yanı)
İştirakçılar Sertifikat və Hədiyyələrlə mükafatlandırılacaq.
Əlaqə: Vüsal Quluyev (0558928606)

Bəyən və paylaş

Rəylər

rəy(lər)