27 Mart 21:06

İsveçrəli musiqiçiləri Mark Aymon və Efraim Salzmanın konserti keçiriləcək

Əziz dostlar,

İsveçrə Səfirliyi Frankofoniya həftələri çərçivəsində isveçrəli musiqiçiləri, Mark Aymon və Efraim Salzmanın martın 30-da, saat 19.00-da Bakıda, Beynəlxalq Muğam Mərkəzində təşkil olunacaq konsertinə dəvət edir! 🇨🇭🇦🇿 🎼

Aprelin 1-i, saat 19.00-da isə isveçrəli musiqiçiləri Sumqayıt Dövlət Dram Teatrının binasında konsert verəcəklər. Bu konsert səfirliklə Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə əməkdaşlığı sayəsində baş tutacaq.

“Ah gözəl yay! Əbədi nəğmələr” adlanan bu layihədə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazgar mahnıları ifa edəcəklər. Bu cütlük keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların qəlbini fəth edib.

Giriş sərbəstdir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)