“İT Helpdesk üzrə menecer” vakansiyası

AT GEOTECH QSC “İT Helpdesk üzrə menecer” vakansiyasını açıq elan edir

Tələblər:

– Təhsil: Ali (bakalavr)
– İş təcrübəsi: min 5 il
– İşgüzar münasibət etikası
– Dil bilikləri: rus dili mütləqdir, ingilis dili arzuolunandır.

İş şəraiti:

• İş qrafiki: 6 günlük iş həftəsi
• İş saatı: 09:00 – 18:00, şənbə yarım gün
• İş yeri: Xırdalan şəhəri
• Əmək Haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Vəzifələr:

-Kompüterlərə, printerlərə və şəbəkəyə texniki nəzarət və xidmət

– Kompüterlərin şəbəkəyə qoşulması

– Əməliyyat sistemlərinin yazılması

– PC və noutbuk kompüterlərlə, periferik və şəbəkə qurğularla ilə işləmə bacarığı

– Windows əməliyyat sistemlərinin qurulması və sazlanması bacarığı

– Microsoft Office proqramlarından istifadə təcrübəsi

• Noutbuk, masaüstü kompüterlər, printerlər və şəbəkə avadanlıqları da daxil olmaqla bütün cihaz və proqram təminatlarının quraşdırılması və yüklənməsini və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək.

• Əsas və kənar şirkət ofislərinə yerində və uzaqdan İT dəstək göstərmək.

• Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi

• LAN/WAN qurğularının quraşdırılması və sazlanmasını təmin etmək

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) şəkil ilə birlikdə [email protected] elektron ünvanına mövzu hissəsində “İT Helpdesk üzrə menecer ” qeyd etməklə göndərə bilərlər.

Bir cavab yazın

Back to top button