İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi(Layihə Meneceri)
Namizədə tələblər
Təhsil: Ali
İş təcrübəsi: Proqram / Layihə idarə edilməsi sahəsində minimum 1 il təcrübə
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili ( texniki )
İnformasiya Texnologiyaları və trendləri barəsində biliklər
ERP anlayışı və CRM bilikləri;
Layihə idarə edilməsi proqramları üzrə praktiki təcrübə
Biznes və ya sistem analitika təcrübəsi olanlara üstünlük veriləcək
Analitik təhlil etmə və operativlik bacarığı
Komandada işləmə bacarığı
Vəzifələr
·Lahiyə öncəsi sifarişçinin tələblərini müəyyən etmək, təhlil etmək və lazımi sənədləri hazırlamaq;
·Məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə qurmaq və təsvir etmək
·Mövcud olan informasiya sistemlərini (proqram təminatlarının) təhlil etmək və sənədləşdirmək;
·Proqram təminatının optimal hazırlanması üçün sifarişçiyə məsləhətlər vermək;
·Layihə idarə edilməsi proqramları üzərindən Layihələrin statusun müəyyən etmək
·Departamentin iş prosesinə aid sərəncam və ya digər sənədlər hazırlamaq
İş şərtləri
Əmək müqaviləsi bağlanılır
İş vaxtı 09:00 - 17:30
İş günü 5/2(şənbə vəbazar günləri, dövlət bayramlarıvəmilli hüzn günü qeyri-iş günləridir)
Əmək haqqı : 1000 - 1200 AZN (müsahibə əsnasında təyin olunur)
Məlumatlandırıcı qeydlər
Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini[email protected]mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İT layihələr üzrə iş şöbəsinin mütəxəssisi (Layihə Meneceri)”qeyd etmələri xahiş olunur.
____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur