25 Yanvar 15:19

İtaliya- Azərbaycan Beynəlxalq Film Festivalı

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan, Şamil Əliyevin “Çölçü”, Mirbala Səlimlinin “Qırmızı bağ”, Elçin Musaoğlunun “Nabat” bədii filmləri, eyni zamanda kinostudiyanın “Butafilm” kinoşirkəti ilə birgə çəkdiyi rejissor İlqar Nəcəfin “Nar bağı” filmi 25-30 yanvar tarixlərində Bakıda keçiriləcək İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalında ZOROASTER mükafatı uğrunda mübarizəyə qatılacaq.
İtaliya-Azərbaycan Film Festivalının məqsədi İtaliya və Azərbaycanda kinematoqrafiyanın keçmişi, bu günü və gələcəyini təbliğ etmək, hər iki ölkənin film sənayesinin oxşar və fərqli cəhətlərini nümayiş etdirməklə beynəlxalq bazarın fəaliyyətini təşviq etməkdir.
https://www.festivalitaloazerbaigiano.com/

Bəyən və paylaş

Rəylər

rəy(lər)