banner
Dek 2, 2015
1 Baxışlar
0 0

“Italy for Contract – “Yüksək dizayn və italyan brendlərinin sirləri” adlı Masterklass-seminarı keçirilib

Tərəfindən yazılmışdır:
banner
Heydər Əliyev Mərkəzində  “Italy for Contract  – “Yüksək dizayn və italyan brendlərinin sirləri” adlı Masterklass-seminarı keçirilib.
İlk dəfə olaraq, italyan keyfiyyəti və dizaynını təbliğ edən italyan şirkətləri şəbəkəsinin rəsmi təqdimat mərasimi təşkil olunub.
Tədbirdə İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillonu çıxış edərək, bu şirkətlərin Azərbaycana maraq göstərməsi çox gözəl bir hal olduğunu bildirib.
Daha sonra, istehsal şəbəkəsinin təşəbbüskarları olan “Crassevig”, “Frag”, “Kenius”, “Molaro”, “Moroso”, “Neod” və “Pratic” italyan şirkətlərinin nümayəndələri öz şirkətləri haqqında məlumat verib. Şirkətlərinin yaranma tarixi, istehsal etdikləri məhsulların tərkibi, keyfiyyətləri haqqında məlumat veriblər.
“Crassevig” şirkətinin nümayəndəsi öz çıxışında, şirkətin 60-cı illərdən fəaliyyət göstərdiklərini qeyd edib.Şirkət 86 ölkədə fəaliyyət göstərir. Şirkət təmsilçisi çıxışında, məhsulların hazırlanmasında əsas, yüngüllük və davamlılığa üstünlük verdiklərini qeyd edib. Çıxışının sonunda Azərbaycanda da fəaliyyət göstərmək istədiklərini vurğulayıb.
“Frag”şirkətinin təmsilçisi, şirkətin 1921 -ci ildən fəaliyyət göstərən bir ailə müəssisəsi olduğunu bildirib. Əsas məhsulları dəri məhsullarıdır. Dəri məhsulları ilə mebellərin hazırlanması ilə məşğul olduqlarını çıxışında qeyd edib. Həmçinin, məhsulların əl əməyini əsaslandığını dinləyicilərin diqqətinə çatdırıb.
 
Mebeldən beton konstruksiyayadək, pəncərə sistemlərindən örtüklərədək “ITALIA FOR CONTRACT” şəbəkəsinin hər bir şirkəti, müxtəlif sektorlar üzrə yüksək təcrübəyə malik dizayn və keyfiyyəti nümayiş etdirirlər.
 
İtalyan şirkətlər qrupunun bu addımı, “Yüksək dizayn və italyan brendlərinin sirləri” adlı mövzusunu dəyirmi masa arxasında müzakirə edərək əsl italyan keyfiyyəti ilə yaxından tanış olmaq imkanını yaratdı. İtalyan şirkətləri şəbəkəsi şirkətlərin ilə uzun illər boyu əməkdaşlıq etmiş memar və dizaynerlər, ən uğurlu layihələrinin pərdə arxası sirli məqamlarını seminar zamanı ortaya çıxarıblar.
 
“ITALIA FOR CONTRACT” tikinti və mebel sektoru üzrə olan layihələrin ən yaxşı həll yolunu təklif edən, həmçinin də inkişaf etmiş italyan dizaynını təbliğ edən italyan şirkətləri şəbəkəsidir.
Fotolar Gülər Abbasovaya məxsusdur.
 
12278078_860523950728272_654458964_n12305421_860523060728361_584388834_n12312538_860523577394976_1143024793_n
Məqalə Teqləri:
· · ·
Məqalə Kateqoriyaları:
Ana səhifə · Xəbərlər
banner

Şərh Yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir