10 Sentyabr 20:26

iTicket: Qaşla Göz Arasında

Qarabağ FK Çempionlar Liqasında ən vacib mərhələni keçəndə çox sevinmişdik.  Hər şey gözəl idi. Nağıllar aləmi sanki…

Nağıl sehrini Kopenhagen oyununda hiss etməyə başladıq.

Amma neqativ hallar da az deyil. Bunlardan biri də qara bazar idi. Ucuz alıb, bileti baha qiymətə satmaq istəyən qəhramanlar. Sizi də unutmadıq.

Nə isə. Nağıl dili yüyrək olar.

İnsanlar başladı etiraz etməyə, coşmağa. Bağ belə, bostan belə, niyə Qarabağın saytında online bilet satışı yoxdur?! Can Qarabağ.

Qurumun rəsmiləri deyir ki, yerli oyunlara barmaq sayı qədər azarkeş qatılır, formalara heç yaxın duran yoxdur. Futbolun da bir biznes olduğunu nəzərə aldıqda əgər uzun müddətli düşünsək niyə marketinq departamenti belə bir addım atsın ki?! Vaxt keçdivədə dolandı, Qarabağ FK çempionlar liqasına daxil oldu. Qarabağ klubu rəsmiləri tələbi və istəyi nəzərə alaraq onlayn bilet satışı üçün ana platforma olan (zatən alternativin bilmirəm, varsa o alternativ deyil, əmin olun) iticket.az ilə müqavilə bağladı. iticket komandasının keçmiş (Baku 2017, F1 və s.) təcrübələrini nəzərə aldıqda bu işin öhdəsindən rahatlıqla gələ biləciyi görünürdü.

 Online Satış 

17:00-18:00 arası artıq biletlər satışa çıxarılmışdı.

4 saat içərəsində artıq 1500 bilet satılmışdı.

Sayt çökdü. Belə hal Barselona – Sevilya Super Kubok Oyununda (2015; Gürcistan) yaşanmışdı.

iticket.az Rəsmi Facebook səhifəsinə 1-lər gəlməyə başladı. Və nəticədə 1 il ərzində yaradılan müsbət imic 2 saat içərisində 2 bala kimi düşdü 😦

it

Bir az daha detala və problemlərə enək.

Vauçer

Sifariş etdiyiniz vauçer, bilet funksiyasını yerinə yetirmir. Vauçer sizin odənişinizi və seçdiyiniz oturacağa sahiblik etdiyinizi təstiqləyən sənəddir. Matça daxil olmaq üçün isə, fiziki bilet gərəklidir. Bu səbəbdən vauçer biletə dəyişdirilməlidir.

İlk probelem. Niyə Vauçer? Bu qərarda iticket-lik bir şey yoxdur. Təşkilatçıların göstərişidir. Ya da UEFA-nın. Ümid edirik ki, gələcəkdə birbaşa online bilet satışı mümkün olacaq.

Kassa

İkinci proeblem bileti alsanız belə kassaya getməli olmağınızdır. Elədir. Amma çatdırılma xidmətindən istifadə etməklə bileti əldə edə bilərsiniz.

“Vauçer çatdırılmır. Çatdırılma fiziki biletlər olandan sonra həyata keçiriləcək.
Çatdırılmaya ehtiyacınız yoxdursa hesabınızdan çıxılan əlavə məbləğ, kassaya yaxınlaşdıqda geri qaytarılacaq”.

9 azn – Çatdırılma

Digər problem çatdırılma xərcidir. Bir az diqqətli. Bir çoxları çatdırılma  rayonlar bəndini seçidliyindən qiymət 9 azn olaraq qiymətləndirilmişdi.

iticket-in səhvləri?

Əlbəttə var idi.

Tədbirsizlik

Satışa başladıqda nə Bakı İslam Həmrəyliyi Oyunları, nə də 2017 FORMULA 1 AZERBAIJAN GRAND PRIX tədbirlərində görünməyən trafiklə qarşılaşdılar. Texniki nasazlıqlar yarandı. Bunu gözləmirdilər. Amma qısa zamanda problemi aradan qaldırsalarda, iş-işdən keçmişdi.

Sosial Media Krizi

İkinci olaraq isə sosial media krizisi yarandıqda olduqca gec cavab verildi. Cavabsız qalan istifadəçilər isə təbii ki, bunu qarşılıqsız qoya bilməzdilər. Problemləri qısada olsa açıqlayan paylaşım və ya rəsmilər tərəfindən edilən hər hansı Facebook Live bir çox sualı cavablandıra bilərdi.

Hər şey bir yana. Ölkədə ilk dəfə kütləvi olaraq online bilet alma təcrübəsi yaşatdığı üçün iticket.az şirkətinə təşəkkürümü bildiriəm =D

Bu arada ayıbdı. Qəzəbiniz soyudsa girin o 1-i 5 edin 🙂

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)