7 Fevral 14:56

IV Buktreyler Festivalına start verilir

Əziz Gənc!

Sizə böyük məmnuniyyət hissi ilə IV Buktreyler Festivalına start verilməsi xəbərini çatdırırıq.
Hər il keçirilməsi ənənəyə çevrilmiş ədəbiyyat, mütaliə və kinonu təbliğ edən bu festivala – gənclər bayramına qoşulmağa dəvət edirik.

Festivalın təşkilati dəstəkçiləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına AzərbaycanFilm kinostudiyası; əsas tərəfdaşı isə ölkəmizin lider mobil operatoru olan Azercell şirkətidir.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənmiş, onun ən parlaq və tanınan anlarını özündə əks etdirən video çarx və ya treylerdir. Buktreyleri ədəbiyyat, kino, reklam və internet texnologiyalarını özündə cəmləşdirən yeni incəsənət növü adlandırmaq olar. Məhs bu səbəbdən, layihənin təsisçiləri Buktreyler Festivalının gənclərin kitab mütaliəsinə cəlb edilməsində, həmçinin kino sahəsində yeni istedadların üzə çıxarılmasında öz vəzifəsini uğurla həyata keçirəcəyinə inanır!

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəmizdən və ya https://www.facebook.com/BooktrailerFest/ Facebook səhifəmizdən əldə edə bilərsiniz. Həmçinin, yaranmış bütün suallarla bağlı email vasitəsilə müraciət etmək mümkündür: [email protected]
Buktreylerlərin son qəbul tarixi: 1 aprel, 2019

Bəyən və paylaş

Rəylər

rəy(lər)