11 Mart 11:11

“İxrac strategiyası” mövzusunda seminar keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə “İxrac strategiyası” mövzusunda seminar keçiriləcək. Maarifləndirici xarakter daşıyan təlim zamanı xarici ticarətlə məşğul olmaq istəyən sahibkarlara ixrac strategiyasının çərçivələri izah ediləcək. Seminar Azərsun Holdinq İnnovasiya və Marketinq departamentinin rəhbəri Ellada Əliyeva tərəfindən aparılacaq.

Tədbirdə iştirak etmək istəyən şəxslər aşağıdakı linki vasitəsilə qeydiyyatdan keçə bilər: http://iqtisadiislahat.org/registration/

Bəyən və paylaş

Rəylər

rəy(lər)