İxtisas.az – İxtisas Seçimi Bələdçisi

İxtisas.az – İxtisas Seçimi Bələdçisi

Qloballaşan, sürətlə hərəkətdə olan dünyamızda peşələrin çox olması, hər gün daha da artması və rəngarəngliyi bizim qərar qəbul etməyimizi çətinləşdirir. Düzgün ixtisas seçimi insanın peşəkar həyatının vəsiqəsidir və  gələcək karyerası, hətta bütün həyatı bu seçimdən asılıdır. Bu seçimi etmək isə o qədər də asan deyil.

İxtisas.az (https://www.ixtisas.az/) portalı bu çətin prosesdə sizə təmənnasız olaraq bələdçilik etməyə hazırdır.

Ölkənin ilk ixtisas seçimi portalı olan ixtisas.az-ın əsas məqsədi gənclərə müvafiq ixtisaslar barədə dolğun və detallı məlumatlar təqdim edərək onların ixtisas seçimi prosesinə dəstək olmaqdır.

Portal sizə aşağıdakı xidmətləri təqdim edir:

Peşə seçimi testləri – bu kateqoriyada mövcud olan testlərdən (Holland testi və karyera rəhbərliyi testi) keçməklə siz bacarıqlarınızın, düşüncə tərzinizin hansı kateqoriya ixtisaslara daha uyğun olduğu barədə məlumat əldə edəcəksiniz.

Mentorluq – bu xidmət vasitəsilə öz ixtisasında peşəkar olan 45-dən çox mentor sizin müvafiq ixtisaslar barədə olan suallarınızı cavablandıraraq ixtisaslarla bağlı qərarsızlıqlarınızı aradan qaldıracaq.

Konsultasiya –  fərdi konsultasiya xidməti ixtisas seçimində ümumi qərarsızlıq yaşayan şəxslər üçün nəzərdə tutulmuşdur.

Bloq məqalələri – bu kateqoriyada sizə ixtisas seçimi və gələcək karyeranızda faydalı ola biləcək, peşəkarlar tərəfindən hazırlanmış 100-dən çox məqalə ilə tanış ola bilərsiniz.

İxtisas məqalələri– bu kateqoriyada  ixtisaslar barəsində dolğun məlumat (ixtisasın təsviri, bu peşə üçün lazımi bacarıqlar, ixtisas sahibinin öhdəlikləri, gələcəyi və s. kimi) əldə edə bilərsiniz.

Peşəkarlarla videmüsahibələr – İxtisas.az portalının YouTube kanalı vasitəsilə siz müxtəlif ixtisaslar barədə peşəkarların təqdimatında ixtisas videoları ilə tanış ola bilərsiniz.

Sosial mediada  İxtisas.az

YouTube (https://www.youtube.com/channel/UCrIKBw3jquoYHBcTowFJAgg)

Facebook (https://www.facebook.com/ixtisas.az)

Facebook qrup (https://www.facebook.com/groups/612035749409107)

Instagram (https://www.instagram.com/ixtisas_az/)

 

Linkedin: (https://www.linkedin.com/company/ixtisas-az/)

 

 

Bir cavab yazın

Back to top button