30 İyul 14:27

İxtisas qrupları üzrə müsabiqə şərtləri

I,II,III və IV ixtisas qrupları üzrə müsabiqə şərtlərini, həmçinin 150-200 bal intervalında nəticə göstərmiş abituriyentlərin seçə biləcəkləri ixtisasların siyahısını sizə təqdim edirik. Müsabiqə şərtləri ilə tanış olmaq üçün http://dim.gov.az/…/435/435ca9a7e0cbe65f766beb51b9260935.pdf linkinə daxil ola bilərsiniz.

Onu da qeyd edək ki, müsabiqə şərti və keçid balı fərqli anlayışlardır. Müsabiqə şərti DİM tərəfindən hər hansı bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Keçid balı isə müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)