Cümə axşamı, 21 Avqust, 2025

İxtisas seçimində mentorluq


  • Dərc edildi: 8 İyul, 2022 - 06:30
İxtisas seçimində mentorluq

İxtisas seçimində mentorluq
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Lənkəran - Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Təhsil Tələbə Krediti Fondunun tərəfdaşlığı ilə “ixtisas seçimində mentorluq” forumu keçiriləcək.
13 iyul 2022-ci il tarixində Masallı rayonunda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və 9-11-ci siniflərə dərs deyən müəllimlər üçün ixtisas seçimində mentorların hazırlanması ilə bağlı forum keçirəcəkdir. Forumda 100 müəllimin iştirakı nəzərdə tutulur.
Forumda spikerlər ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, ixtisas qruplarına daxil olan seçimlər, karyera planlaması haqqında öz dəyərli bilik və təcrübələrini bölüşəcəklər.
Spikerlərimiz və danışacaqları mövzular:
Bəhruz Əzimov - Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini - Təhsil tələbə krediti fondu haqqında məlumat
Toğrul Ələkbərov - Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının rəhbəri – İxtisas seçimi
Əli Qurbanlı - Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Mərkəzinin əməkdaşı - Karyera planlaması
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 84
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7066
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1825
Azərbaycan Texnologi...