12 Noyabr 10:41

“İxtisasını düzgün seç” adlı təlim keçiriləcək

Övladınızı xaricdə təhsil almağa göndərmək istəyirsiz ancaq hansı ixtisas seçəcəyinizi bilmirsiz ?
Sosial araşdırmalara əsasən insanlar müəyyən xüsusiyyətlərinə uyğun ixtisaslarda, çevrələrdə xoşbəxt ola və uğur qazana bilərlər. Bununla belə nəticəyə gəlmək olur ki, şəxsiyyət ilə peşə fəaliyyətinin olduğu mühit arasında müəyyən bir əlaqə vardır.
İxtisas seçimi insan həyatında ən vacib addımlardan biridir. Çox zaman bu seçimi edərkən həlledici rolu ailə adətləri, valideyn istəyi, “dəbli” ixtisaslar oynayır. Vision Academy peşəkar psixoloqun iştirakı ilə “Təhsil ixtisasını düzgün seç” təlimi təşkil edir Xasiyyətiniz, bacarıq və bilikləriniz, ətrafınız və imkanlarınızı cəmləyərək, həyatda daha böyük uğurlar qazanmaq üçün öz ixtisasınızı zamanında və düzgün seçmək istəyirsinizsə, təlimə qatılın.

Bəyən və paylaş

Rəylər

rəy(lər)