20 Oktyabr 22:57

İXTİSASLAŞMAQ VƏ KADR KİMİ FORMALAŞMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

İXTİSASLAŞMAQ VƏ KADR KİMİ FORMALAŞMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

Uşaq və yeniyetmələrin mədəni, sosial, mənəvi, intelektual və fiziki sağlam inkişafı üzrə fəaliyyət sahəsində ixtisaslaşmaq və kadr kimi formalaşmaq istəyənlərin nəzərinə!!!
Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyi müəyyən mərhələlərdən keçərək Birliyin strukturunda davamlı əməkdaşlığa iddialı olan təşəbbüskar gənclərin axtarışındadır!!!

Yeni bacarıqlar əldə etmək, iş şəraitində təcrübəyə yiyələnmək və ən əsası ölkənin uşaq siyasətinə verilən töhfədə konkret paya sahib olmaq istəyənlər üçün son müraciət tarixi 31.12.2019-cu ilə kimidir. Fərdi görüşlərə oktyabr ayının ikinci yarısından sonra başlanılacaqdır.
Könüllülük fəaliyyətinə 15 gəncin cəlb olunması nəzərdə tutulur. İlkin mərhələdə 3 ay könüllük fəaliyyətini uğurla bitirdikdən sonra Birliyin icracı strukturlarında rəhbər kimi ( şöbə direktorları) könüllü fəaliyyətini davam etdirmək iddiasında olan namizədlərə üstünlük veriləcək.
Hər iki mərhələni uğurla başa vuran təcrübəli gəncləri daimi olaraq komandamızda görmək arzusundayıq. Müəyyən mərhələrdən sonra ödənişli əsaslarla əməkdaşlıq nəzərdə tutulsa da ixtisaslaşmaqda və kadr kimi formalaşmaqda iddialı olan, eyni maraqlar əsasında bizimlə fəaliyyətə hazır olan təşəbbüskar gəncləri komandamızda görmək arzusundayıq. Birlik və əməkdaşlıqdan əldə edə biləcəyiniz digər üstünlüklər haqqında fərdi görüşlər zamanı kifayət qədər məlumat əldə edə bilərsiniz.

Kimlər müraicət edə bilər?
▪Ədəbi Azərbaycan və ya ingilis və rus dilini mükəmməl bilən;
▪Word proqramını bilən, işgüzar yazışma sahəsində nəzəri və ya praktiki biliklərə sahib olan;
▪Layihələrin yazılmasında və ya idarəedilməsində, təşkilatçılıq və idarə etmədə müəyyən təcrübəsi olan;
▪Foto və videoqrafiya sahəsində bilik və bacarıqları olan;
▪Fiziki məhdudiyyətli uşaq və yeniyetmələr ilə işə maraqlı olan və ya təcrübəyə sahib olan;
▪Surdo dili və ya brayl əlifbasını bilən;
▪Hüquq, qanunvericilik sahəsində bilikləri olan;
▪Tibbi bilikləri olan;
▪Təlim-tədris, təhsil fəaliyyyətini əhadə edən;
▪Mədəniyyət və incəsənət fəaliyyətini əhadə edən
▪Uşaq rəsmlərinin çəkilməsinə maraq göstərən rəssamlar;
▪Muxbir
▪Redaktor
▪Digər sahələrdə bacarıq və səriştəsi olan iddialı və təşəbbüskar gənclər.
Arzu edən şəxslərin [email protected] elektron ünvanına göndərəcəkləri CV anketlərində aşağıdakı məlumatları görmək istərik:
▪İxtisaslaşmaq istədiyiz sahə

▪Sosial şəbəkələrdə profil hesabınız

▪Hobbi və ya maraq dairəsi
▪Gün və ya həftə ərzində ayıra biləcəyi zaman
▪Digər gənclərdən üstün cəhətləriniz və ya motivasiya mətni
Əlavə suallarınız ilə bağlı eyni elektron poçtuna müraciət edə bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)