İZ Sosial Layihəsi vakansiyalar elan edir
İZ Sosial Layihəsi vakansiyalar elan edir.
Qafqaz Universiteti İZ Layihəsi və İKT Mərkəzi tələbələri “Tələbələrə E-Yardım” layihəsində iştirak etməyə dəvət edir. Layihənin məqsədi Qafqaz Universiteti tələbələri üçün universitet və digər şirkətlər tərəfindən pulu ödənilən yemək talonlarının veb sayt üzərindən sifariş edilərək tələbələrə çatdırılmasını təmin etməkdir.
“Tələbələrə E-Yardım” layihəsi çərçivəsində veb sayt və mobil versiyasının hazırlanması üçün Qafqaz Universiteti tələbələri layihədə iştirak etməyə dəvət edilir.
Layihənin müddəti: 3 ay
Layihənin başlama tarixi : 15 iyun
Vakant yerlər:
3 veb proqramçısı (tələb olunan biliklər PHP, Obyekt Yönlü Proqramlaşdırma, MySql)
2 veb dizayner (tələb olunan biliklər: Java Script, HTML5, CSS5: arzu olunan biliklər: AJAX, XML, JSON)
2 Android developer (tələb olunan biliklər: Android OS və veb servislərlə işləmək bacarığı)
2 Analist və Arxitektur
Hər iştirakçıya layihə müddətində 200 AZN təqaüd veriləcəkdir.
Tələbələr layihədə iştirak etməklə əldə edəcəklər
– Real layihədə işləmək imkanı
– Komanda ilə işləmək bacarığı
– Layihələrin idarəedilməsi üsulu
İştirak etmək istəyənlər CVlərini və nə üçün iştirak etmək istədikləri haqqında məlumatları [email protected] e-mail ünvanına göndərə bilərlər.