16 Noyabr 16:17

Java proqramlaşdırma dili nədir?

Java proqramlaşdırma dili, Sun Microsystems firmasından James Gosling tərəfindən inkişaf etdirilmiş və 1995-ci ildə bazara çıxan bir proqramlaşdırma dilidir. Java 1.0 [J2SE] olaraq çıxan ilk versiyadan sonra 1.1, 1.2, 1.3, 1.4 versiyaları çıxdı. Java 5 versiyası ilə birlikdə stolüstü tətbiqlərdə də istifadəsi artan Javanın son versiyaları Java SE7 və Java SE8-dir.

 

Java Nə İşə Yarayır?

Java platformadan asılı olmadan işləyən, yüksək sürətli, sadə görünüşlü, güvənilir, dinamik bir proqram dilidir. Java Windows versiyaları, Mac OS, HP-Unix, Sun Solaris, Redhat Linux, Ubuntu, CentOS kimi platformalarda işləyə bilir.

Javanın istifadə olunduğu sahələri aşağıdakı kimidir:

  • Hər hansı bir platformada yazılan proqramı digər bir virtual platformada işlətmək
  • Veb brauzer və əlçatan veb xidmətləri ilə işləyə biləcək proqramlar yaratmaq
  • Onlayn forumlar, mağazalar, aknetlər, HTML formlarını hazırlamaq və daha çox server üçün tətbiqləri inkişaf etdirmək
  • Yüksək səviyyədə özünəməxsus tətbiqlər və xidmətlər hazırlamaq üçün Java dili istifadə edərək tətbiqlər və xidmətləri birləşdirmə
  • Mobil telefonlar, mikro nəzarətçilər, kabelsiz modullar, sensorlar, şəbəkə keçidləri, istifadəçi məhsulları və demək olar ki, bütün elektronik cihazlar üçün güclü və əlverişli tətbiqlər yazma

Java harda istifadə edilir? Javanın istifadə edildiyi cihazlar

Java proqramlaşdırma dili, kompyuterlərdə, məlumat baza mərkəzlərində, oyunlarda, mobil telefonlarında, internet tətbiqlərində, Blu-ray disk oxuyucularında. Yeni nəsil televizorlarda istifadə edilir.

  • 3 milyard mobil telefonda Java var
  • Blu-ray disk oxuducularının hamısında Java istifadə edir
  • Şirkət kompyuterlərinin 97%-də Java proqramlarının oxunması üçün Java makinası var
  • 125 milyon TV cihazı Java makinası istifadə edir.

Javanın Xüsusiyyətləri nələrdir ?
Obyekt yönümlü proqramlaşdırma dilidir. Javada hərşey bir obyektdir.

Platforma sərbsət işləyə bilir. Java proqramı bir dəfə hazırlandıqdan sonra bütün platformalarda işləyə bilir.

Sadə bir proqramlaşdırma dilidir. Öyrənilməsi asandır.
Güvənilir bir proqramlaşdırma dilidir. Virussuz və müdaxilə edilməsi mümkün olmayan proqramlar yazıla bilər.
Təbii memarı: Java kodu hazırladıqdan sonra təbii memara sahib bir formaya düşər.
Daşınabilər: Hazırlanmış Java kodu hər hansı bir platformada və vəziyyətdə asanlıqla işləyə bilər.
Çox şaxəlidir: Java ilə birdən çox vəzifəni yerinə yetirəcək proqramlar yazmaq mümkündür
Yüksək performanslı: Javanın tam vaxtında yığılma xüsusiyyəti (Just-in-time compiler), sürətli işləməsinə şərait yaradır.
Dinamik: Java, C və C++ kimi dillərə baxanda daha dinamik bir proqramlaşdırma dilidir.

Azərbaycanda Java Proqramlaşdırma dili STEP İT AKADEMİYA-da tədris edilir. Kursun proqramı məntiqi olaraq beş hissəyə bölünüb ki, bununla da Java-nın hərtərəfli tədrisi nəzərə alınıb: məlumat bazalarının idarə olunması sistemi ilə işləyən və veb-saytlardan tutmuş müştəri ssenarilərinin və Java-dan istifadə ilə servis həllərinin yaradılmasınadək. Ətraflı məlumat üçün itstep.az veb saytına daxil olmaqla əldə edə bilərsiniz.

 

Bəyən və paylaş