“Javascript developer” vakansiyası

AT GEOTECH QSC namizədləri “Javascript developer” vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Vəzifə öhdəlikləri:

– Javascript-in xüsusi kitabxanasından istifadə edərək statistik məlumatların vizuallaşdırılması üçün interaktiv grafiklərin hazırlanması və onların Responsive Design tələblərinə uyğun olaraq həm Desktop həm də Mobil-dən istifadəsi üçün daxili intranet səhifələrində yığılması

– Məlumatların şəbəkə servislərindən alınması və qeyd edilən qrafiklərdə istifadə edilməsi

– Qoyulmuş vəzifələri icra etmək üçün funksional həllərinin işlənib hazırlanması

Tələblər:

– Ali təhsil

– JavaScript, JQuery, AJAX, JSON, SVG, HTML/CSS, Bootstrap

– Ünsiyyətcillik, təfsilatlara diqqət yetirilməsi, həm texniki, həm də qeyri-texniki adresatlara ideyaları çatdırmaq qabiliyyəti, analitik təfəkkür, nəticəyə yönümlülük, komandada işləmək bacarığı.

– Bu sahədə ən azı 1 il təcrübəsi olmalı

– Bazar tələbatlarına və trendlərə uyğunluq

– Komanda işi və əməkdaşlıq

– Texniki/peşəkar biliklər və bacarıqlar

– Təhlil əsasında qərar vermə

– Azərbaycan dili, rus və ingilis dilini bilənlərə üstünlük verilir.

İş şəraiti:

– İş qrafiki: 6 günlük iş həftəsi

– İş saatı: 09:00 – 18:00, şənbə yarım gün

– İş yeri: Xırdalan şəhəri

: QEYD: Müsahibədən öncə imtahan mərhələsi olacaqdır.

Əmək Haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində «“Javascript developer” » qeyd edərək CV-lərini         [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button