5 Fevral 22:28

JavaScript Nədir?

JavaScript Nədir?

HTML dili hər nə qədər mətinlər üstündə istədiyimiz hər işi görməyimizə icazə versə də, zəif olduğu bəzi tərəfləri var; məsələn HTML bizə veb səhifələrin bir “iş” gördürmək, onları fərqli hadisələrə və vəziyyətə həssas formaya salmağımıza imkan vermirş Bu çatışmamazılığı Netscape firmasının nümayəndələri də fərqinə varmış, 1995 –ci il Dekabr ayında C dilinin brauzerlərə uyğunlaşdırılmış növü deyəbiləcəyimiz JavaScripti bazara çıxartdılar.

Həmin vaxtlarda Sun Microsystems Pascal və Delphi dillərindən ilhamlanaraq yaratdığı “Java” adlı bir proqramlaşdırma dilini bazara çıxarmaq üzrə idi. Netscape-in bazara çıxartdığı script dilinin adını JavaScript qoyması, o vaxtlarda çox tələffüz edilən “Java” sözünün məhşurluğundan istifadə etmək üçün tətbiq etdiyi bir marketinq strategiyasıdı, yəni bir çox adamın düşündüyünün əksinə Java ilə JavaScript arasında ad oxşarlığı xaric heç bir oxşarlıq yoxdur.

Bir qədər sonra Microsfot da bu rəqabətə qoşuldu və JavaScriptlə hardasa eyni olan Jscipti bazara çıxartdı. Ancaq, sonra bu dillər fərqli istiqamətlərə doğru inkişaf etdirildi. Hal-hazırda Netscape brauzeri Jscript-i tanımır, amma Explorer hər iki scripti də tanıyır. Yenə də iki brazuerin JavaScript-i şərh etmələri bəzən fərqlilik kimi göstərilir.

 

JavaScript Haralarda İstifadə Olunur?

JavaScript ilə veb səhifəsinə yuxarıda dediyimiz şəkildə hər hansı bir əmrin gerçəkləsməsi zamanı hər hansı bir iş gördürməkdir. Məsələn, səhifədə bir düyməyə basıldığında səhifədəki bir “Text” qutusunun içinə “Click” yazılmasıdır. JavaScript dilində hardasa olası hər əmr tanıdılmışdır, bu səbəbdən ediləbiləcək işlər çox genişdir.

 

Əsasən Veb dizaynında istifadə edilsə də başqa bir neçə istifadə sahəsi mövcuddur. Misal üçün, Javascript ilk vaxtlarda sadəcə istehlakçı tərəfindən istifadə üçün dizayn edilmiş olsa da hal-hazırda NodelJS ilə bir yerdə server tərəfli istifadəsinə də başlanılmışdır. Bundan başqa bildiyim qədər Unity oyunlarında da Javascript ilə bəzi kodlaşdırma edilə bilir.

 

JavaScript ilə Nələr Edə bilərsiniz?

Javascriptin köməyi ilə HTML mənbəli kodları dəyişdirə bilərsiniz, bu sahədə yuxarıdakı paraqrafda da dediyimiz kimi, dinamik veb səhifələri hazırlaya bilərik. JavaScript istifadə edilən veb səhifələrini düzgün göstərmək üçün brauzerinizin JavaScripti dəstəkləməlidir. Hal-hazırda bu günə qədər olan brauzerlərin hamısı JavaScript dəstəkləyir.

JavaScript Necə İstifadə Edilir?

JavaScript HTML kodlarının içinə yazılır. Yazılan kodun bir JavaSript kodu olduğunu Brauzere <script>…</script>  tagları ilə bildirilir

JavaScriptin Kənar Fayldan Çağırılması

<script type=”text/javascript” src=”dosya.js”></script>

Əsasən kənar istifadəyə üstünlük verilir.

JavaScript Necə Öyrənilir?

Əslində JavaScript də digər proqram dillərdinə olduğu kimi nümunələr üstündə işlənərək öyrənilir. Aşağıda JavaScript öyrənə biləcəyiniz STEP İT Academy-nın veb saytını əlavə edirəm. Daxil olub, ətraflı məlumat əldə edə bilərsiniz: itstep.az

JavaScripti öyrənməyə başlamazdan əvvəl bir məsləhət: Sadəcə lazım olduğu zaman JavaScripti istifadə edin. Lazımsız istifadələr səhifənin həcmini böyüdəcək, səhifənizin estetikasını və istifadəliliyinə də  mənfi təsir edəcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)