21 Aprel 23:54

“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib

“Jest dili üzrə tərcümə olimpiadası”na start verilib.

 

Xeyirxah Platforması “Kainat” Tədris Mərkəzi və  Deaf Community ilə birgə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş “Jest dili üzrə tərcümə olimpiadası”na qeydiyyat elan edir.

Xeyirxah Platforasından verilən məlumata görə, olimpiadanın əsas məqsədi danışma və eşitmə əngəli olmayan insanlar arasında bu dilin təbliği, bununla belə, danışma və eşitmə məhdudiyyətli insanlara dəstək olunmasından ibarətdir.

Layihədə iştirak etmək üçün müraciət edənlər seçim mərhələsinə dəvət olunacaq. Seçim mərhələsini uğurla keçənlər isə yarımfinal və final mərhələsində bu dil üzrə biliklərini yoxlayacaq. Danışdığımız dildən jest dilinə və əksinə tərcümədən ibarət yarışmada münsiflər heyətinin rəyi əsasında seçilən 1, 2 və 3-cü yerin sahibləri “Kainat” Təhsil Mərkəzi tərəfindən uyğun olaraq 1000, 500 və 300 manatlıq təhsil kuponu ilə mükafatlandırılacaq.

Layihədə iştirak etmək istəyənlər mayın 5-nə qədər www.xeyirxah.com saytı üzərindən qeydiyyata keçə bilərlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)