Jurnalistika və ya Media Menecment üzrə magistr dərəcəsi almaq istəyirsiniz?

Əziz dostlar,
Siz Jurnalistika və ya Media Menecment üzrə magistr dərəcəsi almaq istəyirsiniz? ABŞ səfirliyi 🇬🇪 Gürcüstanın İctimai İşlər İnstitutu (GIPA) tərəfindən Azərbaycan vətəndaşları arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulunu elan edir.
Azərbaycandan 5 nəfər tələbə bu proqramda iştirak üçün seçiləcək. Proqram dörd semestrdən ibarətdir və 2021-2023-ci illərdə həyata keçiriləcək.
 ABŞ-ın Azərbaycandakı Səfirliyi tələbələri təhsil haqları daxil olmaqla, Gürcüstanda təhsil müddətinə maliyyə yardımı ilə təmin edəcək.
Bu gözəl fürsəti qaçırmayın❗
Müraciət üçün son tarix 10 May, 2021-ci il.
 Namizədlər ölkədə yaşayan Azərbaycan vətəndaşları olmalıdır.
 Məlumat və müraciət forması: https://rb.gy/7nphxn

Bir cavab yazın

Back to top button