29 Noyabr 17:33

Jurnalistlər arasında veloyarış da təşkil olunacaq

Noyabrın 30-u, saat 15:30-da “Dostluq Parkı”nda (Velopark, Şıxov) ADA Universiteti, Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və “Coca-Cola” şirkətinin birgə layihəsi əsasında ağacəkmə kampaniyası həyata keçiriləcək. Tədbirdə ADA Universitetinin rektoru Hafiz Paşayev və AzVİF-in vitse-prezidenti Sahib Ələkbərov da iştirak edəcək.

 

Tədbirdən sonra jurnalistlər arasında veloyarış da təşkil olunacaq. Qalibləri qiymətli hədiyyələr gözləyir.

Bəyən və paylaş