18 İyul 11:20

Jurnalistlər üçün “AVROPA İTTİFAQI-AZƏRBAYCAN: ƏMƏKDAŞLIĞIN ÜFÜQLƏRİ” mövzusunda müsabiqə

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Milli Mətbuat günü münasibətilə jurnalistlər üçün “AVROPA İTTİFAQI-AZƏRBAYCAN: ƏMƏKDAŞLIĞIN ÜFÜQLƏRİ” mövzusunda elan etdiyi müsabiqənin vaxtını uzadır.

Müsabiqənin keçirilməsində məqsəd Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını, xüsusilə Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi Tvinninq, eləcə də Region və Kənd Yerlərinin İnkişafına Dəstək layihələrini təşviq etmək, onların fəaliyyətini daha geniş oxucu kütləsinə çatdırmaqdır.

Materialların formatına məhdudiyyət qoyulmur.

Müsabiqəyə sentyabrın 19-da yekun vurulacaqdır. Çap olunmuş və paylaşılmış bütün materialların linklərini 19 sentyabr saat 18:00-a qədər aşağıdakı email ünvanına göndərmək lazımdır:
[email protected]

İlk 3 yerin sahibi mükafatlandırılacaq.

Bəyən və paylaş

Rəylər

rəy(lər)