Kadr inzibatçılığı üzrə aparıcı mütəxəssis vakansiyası

Veysəloğlu Şirkətlər Qrupunda Kadr inzibatçılığı üzrə aparıcı mütəxəssis vakansiyası mövcuddur.

İş yeri: Bakı

Vəzifə funksiyaları:

– Əmək qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, yerdəyişməsi, işdən azad edilməsi və digər kadr-uçot işlərinin aparılması
– İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq
– Məzuniyyət, ezamiyyət, xəstəlik prosesinin idarəedilməsini həyata keçirmək
– Əmək qanunvericiliyi ilə bağlı hesabatlarının hazırlanmasını təmin etmək
– Əmək müfəttişliyi və ya digər orqanlara məktubların yazılmasını təmin etmək
– Elektron Hökümət Portalında müvafiq qeydlərin aparılmasını icra etmək
– Əmək kitabçalarına müvafiq qeydlərin aparılmasını icra etmək

Vəzifə üzrə tələb olunan göstəricilər:

– Müvafiq sahə üzrə minimal iş təcrübəsi: 3 il
– Təhsil dərəcəsi: Bakalavriat
– Kompüter bilikləri: MS Office (yaxşı səviyyədə)

Əmək haqqı: Razılaşma yolu ilə

Təminatlar:

– İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Uyğun olan namizədlər CV-lərini mövzu(subject) hissəsində “Kadr inzibatçılığı üzrə aparıcı mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Related Articles