Kadrlar üzrə mütəxəssis vakansiyası

"Azconstruction" QSC şirkətinə kadrlar üzrə mütəxəssis tələb olunur. Tələblər: Ali təhsilli (Menecment, iqtisadiyyat, sosial elmlər, insan resurslarının idarə edilməsi və s) olmalı; Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydalarından anlayışlı olmalı; Stres altında işləməyi bacarmalı; 1C 8.3 proqramını əla səviyyədə bilməli 3 il əlaqədar sahədə iş təcrübəsi olmalı. Vəzifə öhdəlikləri : İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək; İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək; Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək; E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək; Müvəqqəti əmək qabiliyyətini itirmə hallarının rəsmiləşdirilməsi prosesini kordinasiya etmək; Şirkətin sənəd dövriyyəsinin düzgün aparılmasını təmin etmək; Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi); Maraqlanan namizədlər mövzu yerində “Kadrlar üzrə mütəxəssis” yazmaqla öz CV-lərini[email protected]ünvanına göndərə bilərlər.
____________________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az